Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-803/2021 05.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki işə 05 may 2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək nikah şəhadətnaməsində qeyd olunan X1 pasportunda qeyd olunan Ərizəçi ilə eyni şəxs olması və JN-455A KOD 40802018 və JN KOD 40802018 saylı Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamələrin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçinın Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki iş ərizəçinin ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-803/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-803/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver