Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-806/2021 21.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində 21 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ünvan 1 ünvanda yerləşən 415.45 kv.m torpaq sahəsinin planı və ölçüsünün sübyektlərinin siyahısında X12 adına yazılmış qeydin X6 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarına əsasən mərhum atasına və ailə üzvlərinə ünvan 2 ünvanda 415.45 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Mərhum atası X2 miras qalmış həmin torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin alınması məqsədi ilə əlaqədar Göyçay rayon Notariat ofisinə müraciət edərkən məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünün subyektləri siyahısında mərhum atasının ata adı səhvən Məhəmməd əvəzinə Məhərrəm kimi qeyd edilmişdir. Bununla əlaqədar ərizəçi DƏDRX-nın 16 saylı ərazi idarəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi bildirilmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş AN-285008 saylı torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planından görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı ilə X7 Göyçay şəhəri Nizami küçəsi 9 saylı ünvanda 415.45 kv.m torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, X10 01.04.1940-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş X5 surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur.X1r. Məhkəməyə təqdim edilmiş X9 surətindən görünür ki,X10 17.05.2008-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 11.03.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında X3 ata adı “Məhərrəm” kimi yazıldığından Ərizəçi qeydiyyatla bağlı ərizəsindən imtina edilmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsin tərəfindən 05.2021-ci il tarixdə verilmiş subyektlərin siyahısı qrafasından görünür ki, Göyçay şəhər adlı siyahısında (DBF) 1255-ci qrafada aşağıdakı tərkibdə ailə üzvlərinin adları qeyd edilmişdir. (X11 və ailə üzvləri) Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün mərhum atası X6 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün subyektləri siyahısında 1-ci bəndində X4 adına yazılmış qeydin “X13” oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-806/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-806/2021
21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver