Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-813/2020 19.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayon Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsi üzrə ünvan 2 saylı ünvanda yerləşən mülkün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən tam mülkiyyətçisidir. Həmin fərdi yaşayış evinin alqı-satqısı aparılması üçün sənədlər tərtib edərkən ona məlum olmuşdur ki, cavabdehlər ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. Cavabdehlər faktiki olaraq mülkiyyətində olan evdə yaşamamış və texniki səhvin nəticəsində mülkiyyətində olan evin qeydiyyatına alınmışdır. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan evdə qeydiyyatda olması həmin ev üzərində mülkiyyət hüquqlarını tam həyata keçirməyinə mane olur. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin ərazı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 saylı ünvanda yerləşən ümumi sahəsi 151.5 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 saylı ünvanda qeydiyyatdadır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda qalmaları İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilməsinə dair tələbi təmin edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-813/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-813/2020
19.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver