Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-82/2024 27.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh Əzı̇ z oğluna qarşı mülkiyyət hüquqlarının müdafiəsi,mülkiyyətindən əldə olunmuş gəlirə görə pulun alınması ,mirasın qəbulu faktının müəyyən olunması,əldə olunmuş gəlirindən pulun alınıb verilməsi,mirasın əmlakın naturada bölünməsi,mümkün olmadıqda hərracdan satılıb pulunun paylara uyğun bölünməsi tələbinə və Cavabdeh İddiaçı qarşı miras əmlakda payının tanınması tələbinə dair bir icraatda birləşdirilmiş mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin olunması mülkiyyətində olan xx.xx.1998-ci il tarixli JN-278 KOD 40812018 saylı «Torpağa Mülkiyyət Hüququna dair» dövlət aktı əsasında məxsus olan Göyçay rayonu Potu kəndində yerləşən 0,37 ha torpaq sahəsinə qanunsuz daxil olmasını, müdaxiləsini cavabdehə qadağan edilməsi, 2021-2022-ci illərdə yığılan meyvənin satışından əldə edilmiş 20.000 (iyirmi min) manat pulun alınıb ona verilməsi, xx.xx.2020-ci il tarixdə Göyçay rayonu Potu kəndində vəfat etmiş atası Cavabdeh Məmmədtağı oğlu və xx.xx.2020-ci il tarixdə Göyçay rayonu Potu kəndində vəfat etmiş anası X1 miras qalmış JN-277, kod 40812018 No-lu «Torpağa Mülkiyyət Hüququna dair« dövlət aktına əsasən əmlakının, o cümlədən 0,30 ha torpaq sahəsinin onların ölümündən sonra tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, mirasdan payın müəyyən edilməsi, mirasın naturada bölünməsi, mümkün olmadıqda açıq hərracdan satılıb pulunun paylara uyğun bölünməsi, JN-277, kod 40812018 saylı «Torpağa Mülkiyyət Hüququna dair» dövlət aktına əsasən atası Cavabdeh Məmmədtağı oğlu və anası X1 miras qalmış 0,30 ha torpaq sahəsindən 2021-2022-ci illərdə yığılan meyvənin satışından əldə olunmuş 10.000 manat pul alınaraq ona verilməsi, JN-277, kod 40812018 saylı «Torpağa Mülkiyyət Hüququna dair» dövlət aktına əsasən atası Cavabdeh Məmmədtağı oğlu və anası X1 miras qalmış 0,30 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi Cavabdeh qadağan edilməsi, tərəfindən ödənilmiş 150 manat dövlər rüsumunun və vəkilə ödənilmiş 360 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin təmin olunması, mülkiyyətində olan xx.xx.1998-ci il tarixli JN-278 KOD 40812018 saylı «Torpağa Mülkiyyət Hüququna» dair dövlət aktı əsasında məxsus olan Ğöyçay rayonu Potu kəndində yerləşən 0,37 ha torpaq sahəsinə qanunsuz daxil olmasını, müdaxiləsini cavabdehə qadağan edilməsi, 2021-2022-ci illərdə yığılan meyvənin satışından əldə edilmiş 20.000(iyirmi min) manat pulun alınıb ona verilməsi, xx.xx.2020-ci il tarixdə Göyçay rayonu Potu kəndində vəfat etmiş atası Cavabdeh Məmmədtağı oğlu və xx.xx.2020-ci il tarixdə Göyçay rayonu Potu kəndində vəfat etmiş anası X1 miras qalmış JN-277, kod 40812018 N-li «Torpağa Mülkiyyət Hüququna dair» dövlet aktına əsasən əmlakından-,mirasdan payların müəyyən edilməsi, mirasın naturada bölünməsi, mümkün olmadıqda açıq hərracdan satılıb pulunun paylara uyğun bölünməsi, JN-277, kod 40812018 saylı "Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən atası Cavabdeh Məmmədtağı oğlu və anası X1 miras qalmış 0,30 ha torpaq sahəsindən 2021-2022-ci illərdə yığılan meyvənin satışından əldə olunmuş 10.000 manat pul alınaraq ona verilməsi JN-277, kod 40812018 saylı «Torpağa Mülkiyyət Hüququna dair» dövlət aktına əsasən atası Cavabdeh Məmmədtağı oğlu və anası X1 miras qalmış 0,30 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-in yanında DƏDRX-nm 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi Cavabdeh qadağan edilməsi ,tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 360 manat pulun cavabdehdən alınaraq ona verilməsi və cavabdehin iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mübahisəli əraziyə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə saat 16:00-a təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisinin iştirakı ilə yerində baxış keçirilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Republikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smeta və hesab vərəqi təqdim edilmişdir. Lakin çəkilən xərcin ödənilməsinə dair qəbz təqdim edilmədiyindən, mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin edilməmiş, bu hal isə son nəticədə işin süni surətdə baxılmasının yubadılmasına gətirib çıxardığından Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclası 16 dekabr 2024-cü il tarixə saat 12.00-a təyin edilmiş, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, İddiaçı, Cavabdeh Əzı̇ z oğlu məhkəmənin hazırlıq iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, işə onların iştirakı olmadan baxılması mümkün olmadığından məhkəmə hazırlıq iclası 27 dekabr 2024-cü il tarixə,saat 12.00-a təxirə salınmışdır. Lakin 27 dekabr 2024-cü il tarixə,saat 12.00-a təxirə salınmış məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, tərəflər təkrarən məhkəmə hazırlıq iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 180 manat məbləğində və Cavabdeh Əzı̇ z oğlu tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Əzı̇ z oğluna qarşı mülkiyyət hüquqlarının müdafiəsi,mülkiyyətindən əldə olunmuş gəlirə görə pulun alınması ,mirasın qəbulu faktının müəyyən olunması,əldə olunmuş gəlirindən pulun alınıb verilməsi,mirasın əmlakın naturada bölünməsi,mümkün olmadıqda hərracdan satılıb pulunun paylara uyğun bölünməsi tələbinə və Cavabdeh İddiaçı qarşı miras əmlakda payının tanınması tələbinə dair bir icraatda birləşdirilmiş iddia ərizələrii baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 180 manat və Cavabdeh Əzı̇ z oğlu tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu qaytarılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-82/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-82/2024
27.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver