Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-821/2023 24.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vəsiyyət üzrə miras əmlakda tam payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və mərhum X14 məxsus fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək mərhum X8 miras qalmış ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 119,5 m2 olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,062497 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində onun vəsiyyət üzrə tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X9 ilə anası X28 15 oktyabr 1962-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 24 saylı akt qeydi ilə nikah bağlayaraq ailə qurmuşlar. Həmin nikahdan valideynlərinin xx xxxx 1964-cü il tarixdə o, 11 may 1966-cı il tarixdə X29, 11 may 1966-cı il tarixdə X19, 18 fevral 1968-ci il tarixdə X22 və 16 aprel 1974-cü il tarixdə X23 adlı 5 övladı doğulmuşdur. X9 12 iyun 1986-cı il tarixdə Göyçay şəhərində kəskin ürək-damar çatmamazlığından vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi idarəsi tərəfindən verilmiş 04 may 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam pay üzrə və torpaq sahəsi 1/5 hissədə X2 adına qeydiyyata alınmışdır. X5 04 aprel 2022-ci il tarixdə vəfat etmişdir. X22 təxminən 1992-ci ildə, X29 1987-ci ildə, X23 isə 2000-ci illərdə, yəni hələ anasının sağlığında ailə quraraq köçüb daimi yaşamaq üçün Ucar və Şəki rayonlarına getmişlər. X1 miras qalmış əmlakı qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul etmiş və bu günədək həmin evdə yaşayaraq, evin yerləşdiyi torpaq sahəsindən istifadə edir. Evə dair kommunal xidmət xərclərini ödəyir, evə dair mülkiyyətçinin üzərinə düşən bütün vəzifələri icra edir. Bunu bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Həmçinin, bu faktı kommunal ödəniş etdiyi təşkilatlar da təsdiq edə bilərlər. Miras əmlakı faktiki qəbul etməyi ilə yanaşı, rəsmi olaraq da X1 miras qalmış əmlakı qəbul etməyi barədə qanunla müəyyən olunmuş müddət ərzində 23 iyun 2022-ci il tarixdə ərizə ilə Göyçay rayon Notariat ofisinə müraciət etmişdir. Göyçay rayon Notariat ofisinin notariusu 14 fevral 2023-cü il tarixli 120 saylı məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki, qardaşı Cavabdehla aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İ növbəli vərəsələr olan bacıları və hazırki iş üzrə cavabdeh olan qardaşı mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. Bacıları İradə, Hənifə və Sevinc anasından miras qalmış əmlakı qəbul etməmələri barədə ərizə yazaraq, notarial qaydada təsdiq etdirmişlər.X2 dəfn və yas xərclərini, eləcə də sonuncudan miras qalmış fərdi yaşayış evinə dair kommunal xərcləri ödəməyinə, başqa sözlə desək əmlakı faktiki idarə etməyinə baxmayaraq, cavabdeh əsassız və qanunsuz olaraq miras əmlakdan pay tələb edir. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh X1 miras qalmış əmlakı qanunla müəyyən olunmuş qaydada qəbul etməmişdir. X5 14 il ərzində xəstəlikdən əziyyət çəkmiş, onun qulluğunda yalnız o durmuş, qayğılarını həll etmişdir. Anası yalnız onun nəvazişini, övlad qayğısını görmüşdür. Sağlığında da, hamıya demişdir ki, vəfat edəndən sonra evə ona halallıq verir. Anası vəfat edəndən sonra, miras əmlakı faktiki olaraq yalnız özü qəbul etmişdir. Digər qanun üzrə vərəsələr qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməmiş, eləcə də, mirası müəyyən olunmuş müddət ərzində faktiki qəbul etməmişlər. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, iş üzrə İddiaçı iddia edir ki, guya anasının sağlığında onun bütün əziyyətini və nəvazişini o çəkmişdir. Bu iddia başdan-başa yalandır. Anasının xəstə olduğu vaxtlar onun bütün xərclərini o ödəmişdir. Bakı şəhərinə əməliyyat üçün bacısı X22 ilə Şəki şəhərinə göz həkiminə öz şəxsi maşını ilə aparmışdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni oxumamışdan əvvəl Göyçay rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən xəbərdar olmamışdır. Belə ki, İddiaçı bacılarının və onun xəbəri olmadan xəstə anasından vəsiyyətnamə almağı bacılarına və ona hələ də aydın deyil. Həmin dövrdə anasının vəziyyəti çox pis halda idi. Bəzən onu belə tanımırdı. Ona şəxsən məlum deyil ki, Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamə necə verilmişdir. Vəsiyyətnamədə anasına məxsus 1/5 hissədə olan pay haqqını iddiaçıya vəsiyyət etdiyini qeyd etmişlər. Bu hissənin hansı sənədə istinad edilərək verilməsi müəmmalıdır. Belə ki, 18 fevral 1992-ci il 1/116 -1/117 saylı vərəsəlik hüququ şəhadətnaməsində Göyçay rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş sənəddə anasının pay haqqı 4/6, onun pay haqqı 1/6, bacısı X11 pay haqqı 1/6 göstərilmişdir. Bu şəhadətnamənin verilməsindən sonra bütün bacıları Notariat Kontoruna gedərək özlərinə məxsus pay haqqından imtina edərək ona bağışlamışlar. O, bu evdə doğulmuş və boya-başa o evdə çatmışdır. Həyat yoldaşı ilə evləndikdən sonra həmin evdə yaşamış və uşaqları da həmin evdə boya-başa çatmışdır. İddiaçı 2007-ci ildə kirayədən çıxıb onun yaşadığı evə 3 uşaqla sığınmışdır. O, vəziyyətlə əlaqədar məcburiyyət qarşısında qalaraq İsmayıllı rayonuna müvəqqəti olaraq köçmüşdür. Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik hüququ şəhadətnaməsi onda olduğu halda iddiaçının hansı sənədlərə dayanaraq vəsiyyət alması çox müəmmalı haldır. İddiaçının əldə etdiyi vəsiyyətnamə nə qədər rəsmidir və doğru-düz göz qabağındadır. İddiaçının bütün iddialarını qəti surətdə rədd edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş. İşə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçının izahatını dinləyib,təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 02 iyun 2022-ci il tarixli çıxarışının təsdiq olunmuş surətindən görünür ki, X33 ilə X25 arasında nikah xx.xx.1962-ci il tarixdə İsmayıllı rayon Kürdmaşı İcra Nümayəndəliyində bağlanmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1964-cü ildə Göyçay rayonunda anadan olmuş X9, X5dır. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin ölüm haqqında arayışının təsdiq olunmuş surətindən görünür ki, X33 xx.xx.1986-cə ildə Göyçay şəhərində vəfat etmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.2022-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışdan görünür ki,X14 ümumi sahəsi 119,5 kv.metr olan ünvan 2 ev və 0,062497 ha torpaq sahəsinin 1/5 hissəsi ,həmin torpağın 1/5 hissəsi Cavabdeh, 1/5 hissəsi X12, 1/5 hissəsi X7, 1/5 hissəsi X20 məxsusdur. İşə əlavə edilmiş İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı Göyçay rayon Notariat ofisinə müraciət edərək 04 aprel 2022-ci il tarixdə X5 vəfat etdiyindən ünvan 3 ünvanına qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 14 fevral 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş X16 xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X29 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş X13 xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X23 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş X22 xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X22 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmiş, etmir. Mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmamasını bilir. İşə əlavə edilmiş "xxxx" MMC-nin “Göyçay Sukanal” Sahəsinin 10 mart 2023-cü il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında quraşdırılmış su sayğacı X10 adınadır. X24 vəfat etdikdən sonra hal hazıra kimi su və çirkab suyun dəyəri İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş “Azəriqaz” İB-nin X49 İstismarı İdarəsinin 09 mart 2023-cü il tarixli arayışından görünür ki, Göyçay şəhəri, M.Muradov küçəsində qeydiyyatda olan İddiaçı X49 İstismarı İdarəsinin Göyçay xidmət sahəsinin AGİS proqramında abonent kimi qeydiyyatdadır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X27 12 aprel 2023-cü il tarixli arxiv arayışından görünür ki, Göyçay rayon Notariat Kontorunun 18 fevral 1992-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən çıxarışa əsasən 11 iyun 1986-cə ildə ölmüş vətəndaş X33 əmlakının vərəsələrinin hər biri ünvan 5 evdə yaşayanlar; arvadı X24, oğlu Cavabdeh və qızı X26 1/6 hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir. ünvan 5 ünvanda 600 kv.m torpaq sahəsində yerləşən çiy kərpicdən tikilmiş, ümumi sahəsi 56.3 kv.m, o cümlədən yaşayış sahəsi 56.3 kv.m, inventar qiyməti 6582 manat olan yaşayış evi, evin ½ hissəsinə sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X27 17 aprel 2023-cü il tarixli arxiv arayışından görünür ki, Göyçay rayon Notariat Kontorunun 18 fevral 1992-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən çıxarışa əsasən 11 iyun 1986-cə ildə ölmüş vətəndaş X6 qalmış arvadı ünvan 5 ünvanda yaşayan X24 onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 24 avqust 2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 4 ünvanında yaşayan X3 şəhəri, M.Muradov küçəsi ev 64 ünvanında yerləşən 119.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini və 0,062497 ha torpaq sahəsinin 1/5 hissəsini ünvan 7 ünvanında yaşayan qızı İddiaçı vəsiyyət etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər,lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur.Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa,miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli,bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair»Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.(Mülki Məcəllənin 1151.1-ci maddəsi).Tədqiq edilmiş sübutlara görə miras qoyan X14 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışına görə ümumi sahəsi 119,5 kv.metr olan ünvan 2 ev və həmin evin 0,062497 ha torpaq sahəsinin 1/5 hissəsi məxsusdur. X24 özünə məxsus olan əmlak barədə notariat qaydada təsdiq edilmiş 24 avqust 2021-ci il tarixli vəsiyyətnamə qoymuş, vəsiyyətnamə qanunla müəyyən edilmiş qaydada mübahisələndirilmədiyindən qüvvədə olmuş,ona görə də miras qoyanın əmlakının vəsiyyət üzrə başqa şəxsə keçməsinin qanuni əsasları yoxlanılmışdır. Vəsiyyətnamə olmasaydı miras xx.xx.2022-ci ildə açıldıqdan sonra miras qoyanın qanun üzrə vərəsəlik zamanı 5 vərəsəsi olacaq idi. X4, X23 və X22 miras əmlakı qəbul etməmələri barədə notariat qaydasında təsdiq edilmiş ərizə verdiklərindən,mirası qəbul etməkdən imtina etmişlər.İddiaçı miras əmlaka miras açıldıqdan sonra sahiblik etməyə faktiki başladığından mirası qəbul etmiş sayılmalıdır.Lakin vəsiyyətnamə ilə miras əmlakın tam olaraq İddiaçı vəsiyyət edilməsinə baxmayaraq Cavabdeh mirasda məcburi payının mövcud olması onun tərəfindən mirası qəbul edilib-edilməməsindən asılı olmuşdur. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, məcburi pay almaq hüququna malik olan Cavabdeh ünvan 8 evin ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçisidir. Hüququ (paylı mülkiyyət) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, ümumi əmlak olan torpaq sahəsindən birgə sahiblik və ondan birgə istifadə etmək hüququna malik olan şəxsdir.Və bu halda ümumi əmlak olan torpaq sahəsinin bir hissəsinin mülkiyyətçisi (paylı mülkiyyətçisi) olduğuna görə həmin torpağın miras əmlaka daxil olan 1/5 hissəsindən nə qədər ki,qanunla müəyyən edilmiş qaydada imtina etməmiş mirası qəbul etmiş sayılmalıdır. Ona görə də Cavabdeh miras əmlakda məcburi payı 1/10 (1/5:2) hesab olunmalıdır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, ünvan 8 ünvanda yerləşən X14 məxsus fərdi yaşayış evində Cavabdeh 1/10 məcburi payı,həmin evin həyətyanı torpaq sahəsi üzərində (1/5:1/10) 1/50 məcburi payı almaq hüququ olduğundan ,müvafiq olaraq İddiaçı miras əmlakda vəsiyyət üzrə payı 9/10 müəyyən olunmalı,bununla da iddia qismən təmin olunmalıdır. O ki qaldı Cavabdeh təqdim etdiyi arxiv arayışlarına,məhkəmə qeyd edir ki,həmin arxiv arayışları cavabdehin X9ndan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini göstərdiyindən,cavabdehin qanun üzrə vərəsəlik hüququ sonradan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından hazırki vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş,ona görə də məhkəmə tərəfindən arxiv arayışları nəzərə alınmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddia qismən təmin edilsin. İddiaçı vəsiyyət üzrə Göyçay şəhəri, M.Muradov küçəsi ümumi sahəsi 119,5 kv.metr olan 64 saylı fərdi yaşayış evi üzərində 9/10 payı və həmin evin yerləşdiyi 0,062497 ha torpaq sahəsinin 1/5 hissəsi üzərində 9/10 payı (ümumi torpağın 9/50 payı) müəyyən edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-821/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-821/2023
24.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver