Məhkəmə qərarları › İş №2(046)-845/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-845/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-845/2020 15.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(046)-2004/2015 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh qızına məxsus ünvan 2 mənzil 44 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə hərrac vasitəsi ilə iddiaçıya satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-nə keçmiş və bu hüquq xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Cavabdeh Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı ünvanında yerləşən mənzili 01 ay ərzində boşaltmalı olduğu halda bu günədək boşaltmamışdır. Buna görə də Cavabdeh Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, sifarişçisi Cavabdeh məxsus Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı mənzili ipoteka saxlayanın tam mülkiyyətinə verməyi, ipoteka saxlayan isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı mənzil «Bаnk Rеspublikа» АSC-nin xüsusi mülkiyyəti kimi xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh iddiaçı «Bаnk Rеspublikа» АSC-nin mülkiyyətində olan Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı mənzildə yaşayır və həmin mənzildən istifadə edir. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən cavabdehin çıxarılmasını və istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Rеspublikası Kоnstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsаsən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rеspublikası Kоnstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib оlmaq hüququna malikdir. Hеç kim öz əmlakından özbaşınalıqla məhrum еdilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Kоnvеnsiyanın 1 saylı prоtоkоlunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Hеç kəs, cəmiyyətin maraqları naminə, qanunla və bеynəlхalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna оlmaqla, öz mülkiyyətindən məhrum еdilə bilməz. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyеktin оna mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib оlmaq, оndan istifadə еtmək və оna dair sərəncam vеrmək üzrə dövlət tərəfindən tanınan və qоrunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı mülkiyyətində olan Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı mənzildən istifadə hüququna xitam verilməsi və Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı mənzildən çıxarılması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması tələbi təmin edilsin. Cavabdeh Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi ev 29, 44 saylı mənzildən istifadə hüququna xitam verilsin və Cavabdeh həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar