Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-850/2022 07.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli evə köçürülmə tələbinə təmin edilməsinə dair qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Göyçay Rayon Məhkəməsinin 18.04.2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsi yolu ilə mülki mühakimə icraatı qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı həmin qətnamənin icrası ilə bağlı Cavabdeh qarşı qaldırdığı tələb məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4.-cü maddəsinə əsasən, ərizəyə əlavə olunmuş bütün sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı Cavabdeh qarşı Göyçay Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli evə köçürülmə tələbinə təmin edilməsinə dair qətnaməsinin ləğv edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-850/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-850/2022
07.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver