Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-864/2020 10.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və cavabdeh “xxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, borc öhdəliyinə xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-yaşayış binasının su təchizatı ilə bağlı yaranan borc öhdəliyinə xitam verilməsi və “xxxxxx" ASC-nin 2 saylı regional Sukanal İdarəsinin Göyçay Sukanal Sahəsi ilə yeni müqavilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək tələbini belə əsaslandırmışdır ki, icarə müqaviləsinin əsasən mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində 0.40 ha torpaq sahəsində yerləşən 185.3 kv.m ümumi, 162.9 kv.m əsas, 22.4 kv.m köməkçi sahədən ibarət 01 mərtəbəli qeyri yaşayış binasını Maraqlı şəxs Hidayət oğluna 2015-ci ildən etibarən icarəyə vermişdir. Maraqlı şəxs Hidayət oğlu ilə onun arasında İcarə müqaviləsinin 2015-ci ildə bağlanmasına baxmayaraq faktiki olaraq daha öncəki illərdən etibarən sözü gedən qeyri yaşayış binası Maraqlı şəxs tərəfindən istifadə edilmişdir. Göyçay Sukanal Sahəsinin müvafiq bildirişində göstərildiyi kimi bu illər ərzində icarəçinin qeyri yaşayış binasına göstərilən su xidmətinə görə Göyçay Sukanal Sahəsinə 2012-ci ildə 69 manat, 2013-cü ildə 426 manat və yekun olaraq 2014-cü ildə 174 manat ümumi məbləğ 669 manat olmaqla debitor borcu yaranmış və borc icarəçi tərəfindən ödənilmədiyi üçün qeyri yaşayış binasının su təchizatı 2015-ci ildən etibarən dayandırılmışdır. Sonuncu borcun yarandığı tarixdən etibarən 2014-cü il tarixdən cavabdeh 6 il keçməsinə baxmayaraq müvafiq borcun ödənilməsinə dair rəsmi şəkildə heç bir tələb irəli sürməmişdir. Buna görə də hesab edir ki, “xxxxxx” ASC qanunla nəzərdə tutulmuş tələbetmə müddətini ötürdüyünə görə yaranmış borc öhdəliyinə xitam verilməlidir. Buna görə də iddianın məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehAzərbaycan Respublikası “xxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, Maraqlı şəxs ilə qeyd edilən illər üçün sudan istifadəyə dair müqavilə mövcud olmadığına baxmayaraq qeyd edilən borcun silinməsinə etiraz edir. İş üzrə tərəfləri dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı çıxarışın surətindən görünür ki,Göyçay rayonu Qarabaqqal kəndində 0.40 ha torpaq sahəsində yerləşən 185.3 kv.m ümumi, 162.9 kv.m əsas, 22.4 kv.m köməkçi sahədən ibarət 01 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəməyə verilmiş xx.xx.2015-ci il tarixli notarial qaydada bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətindən Göyçay rayonu Qarabaqqal kəndi ünvanında 0.40 ha torpaq sahəsində yerləşən 185.3 kv.m ümumi, 162.9 kv.m əsas, 22.4 kv.m köməkçi sahədən ibarət 01 mərtəbəli qeyri yaşayış binası xx.xx.2016-cı il tarixədək Maraqlı şəxs Hidayət oğluna icarəyə verilmişdir. Məhkəməyə təqdim edilmiş abonent haqqında məlumatdan görünür ki, Maraqlı şəxs ilə “xxxxxx” ASC arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilə üzrə 2012-ci il, 2013-cü il və 2015-ci illərdə ümumilikdə 649 manat borc yaranmışdır. Cavabdeh tərəfindən Maraqlı şəxs ilə sudan istifadəyə görə bağlanmış müqavilə məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Göyçay rayonunun Qarabaqqal kəndində qeydiyyatda olan Maraqlı şəxs xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış, rəsmi müraciəti əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə və xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. Məhkəmə baxışı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən qeyri yaşayış binasında sudan istifadə edilməsi ilə bağlıtərəflər arasında müvafiq müqavilə bağlanmadan, 2012-ci il, 2013-cü il və 2014-cü illər üçün sudan istifadəyə görə 669 manat pul hesablanmış, qeyd edilən sudan istifadəyə görə qeyd edilən 669 manat borcun hansı əsaslarla yarandığı göstərilməmiş, 669 manat vəsait keçən müddət ərzində İddiaçı tələb edilməmidir. İddiaçı qeyd edilən borc öhdəliyinin cavabdeh tərəfindən tələbetmə müddətinin buraxıldığından öhhdəliyə xitam verilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəlləsinin 554.2-ci maddəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Qanunun mənasından görünür ki, İddiaçı qeyd edilən illər üçün mülkiyyətində olan qeyri yaşayış sahəsində sudan istifadəyə görə yaranmış 669 manat debitor borcun tələbetmə müddətinin buraxılması ilə əlaqədar öhdəliyə xitam verilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 185.3 kv.m ümumi, 162.9 kv.m əsas, 22.4 kv.m köməkçi sahədən ibarət 01 mərtəbəli qeyri yaşayış binasına cavabdeh “xxxxxx" ASC-nin 2 saylı regional Sukanal İdarəsinin Göyçay Sukanal Sahəsi tərəfindən xx.xx.2003-cü il tarixli müqavilə üzrə hesablanmış 669 manat məbləğində debitor borc öhdəliyinə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 185.3 kv.m ümumi, 162.9 kv.m əsas, 22.4 kv.m köməkçi sahədən ibarət 01 mərtəbəli qeyri yaşayış binasına cavabdeh “xxxxxx" ASC-nin 2 saylı regional Sukanal İdarəsinin Göyçay Sukanal Sahəsi tərəfindən xx.xx.2003-cü il tarixli müqavilə üzrə hesablanmış 669 manat məbləğində debitor borc öhdəliyinə xitam verilsin. Qətnamənin icrası cavabdeh “xxxxxx" ASC-nin hüquqi ünvanı olduğu yer üzrə Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-864/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-864/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver