Məhkəmə qərarları › İş №2(046)-88/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-88/2022

21.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-88/2022 21.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə itşriakı ilə, Aznar QSC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QSC-nin zəbt etdiyi mülkiyyətində olan 0.23 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39 nömrəli qərarı ilə kənd təsərrüfat məhsullarının istehsalı məqsədi ilə Göyçay rayon Potu kənd ərazisndən 0.23 hektar torpaq sahəsi iddiaçının mərhum atası X1 ayrılmış, həmin torpaq sahəsinə dair JN-257 seriyalı Dövlət Aktı verilmişdir. Sözügedən torpaq sahəsi iddiaçının atasının mülkiyyətinə verildiyi vaxtdan sonuncunun vəfat etdiyi tarixədək iddiaçının sahibliyində və istifadəsində olmuşdur. X2 01.01.2018-ci il tarixdə vəfat etdikdən sonra, 0.23 hektar torpaq sahəsi üzərində iddiaçı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etmək istəsə də, cavabdeh buna imkan verməmiş və nəticədə mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı dəfələrlə cavabdehin məsul əməkdaşları ilə görüşüb söhbətlər aparsa da bir nəticəsi olmamışdır. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 0.23 ha torpaq sahəsi 05.08.2019-cu il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş X3 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 23.08.2021 tarixli rəydən görünür ki, 05.08.2019-cu il tarixdə alınmış çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 0.23 ha torpaq sahəsi cavabdeh Aznar QSC tərəfindən istifadə edilir. Aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25.11.2021-ci il tarixli 10/4688 saylı rəydən görünür ki, 05.08.2019-cu il tarixdə alınmış çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 0.23 ha torpaq sahəsi cavabdeh Aznar QSC tərəfindən istifadə edilir.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Potu kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş 05.08.2019-cu il tarixli çıxarışa əsasən iddiaçının qanuni sahibliyində olan 0.23 ha torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 1.34 ha torpaq sahəsinin qeyd edilən hissələrinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Potu kəndində yerləşən DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş 05.08.2019-cu il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.23 ha torpaq sahəsindən cavabdeh Aznar QSC çıxarılmalıdır. Bundan başqa məhkəməyə təqdim edilmiş 23.08.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı X3 və Ekspertiza Mərkəzi MMC-nin hesabına 400 manat ekspertiza xərci ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və 400 manat ekspertiza xərci cavabdeh Aznar QSC-dən alınaraq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 50 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Potu kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.23 ha torpaq sahəsindən cavabdeh Aznar QSC çıxarılsın. İş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdeh Aznar QSC-dən tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat və 400 manat məhkəmə xərci cavabdeh Aznar QSC-dən alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar