Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-88/2023 09.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi,Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 812 F nömrəli şəhadətnaməyə əsasən Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.17 ha həyətyanı torpaq sahəsi üzərində X1, X2, İddiaçı, X3 və X4 hər birinin payı 1/5 hissədə olmaqla və “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0099 nömrəli Dövlət Aktına əsasən Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.92 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində əsasən X1, X2, İddiaçı və X3 hər birinin payı 1/4 hissədə olmaqla payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39-saylı qərarına əsasən X1, X2, İddiaçı, X3 və X4 mülkiyyətinə həyətyanı məqsədi ilə 0.17 ha torpaq sahəsi verilmişdir. 0.17 ha torpaq sahəsi üzərində X1, X2, İddiaçı, X3 və X4 mülkiyyət hüququ JN 812 F, KOD 40809018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmçinin Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli, 39- saylı qərarına əsasən X1, X2, İddiaçı və X3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.92 ha torpaq sahəsi verilmişdir. 0.92 ha torpaq sahəsi üzərində X1, X2, İddiaçı və X3 mülkiyyət hüququ JN 0099, KOD 40809018 “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Lakin qeyd edilən torpaq sahəsinin paylara uyğun bölgüsü müəyyən edilməmişdir. Bu bölgünün aparılmaması torpaq sahəsinin mülkiyyətçilərinin həmin əmlaka dair hüquqlarını məhdudlaşdırır. Cavabdeh bölgünün aparılması ilə bağlı müraciət etmədyinindən, payların müəyyən edilməsi mümkün olmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, ümumi-birgə mülkiyyətdə olan torpaq sahəsində payların bölünməsinə etiraz etmir. İş üzrə üçüncü şəxslərə məlumat verilmiş, lakin üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 812 F nömrəli şəhadətnamənin surətindən görünür ki, Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.17 ha həyətyanı torpaq sahəsi X1, X2, İddiaçı, X3 və X4 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0099 nömrəli Dövlət Aktının surətindən görünür ki, Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan 0.92 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi X1, X2, İddiaçı və X3 mülkiyyətinə verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan iddiaçılar öz paylarının ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair JN 812 F nömrəli şəhadətnaməyə əsasən Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.17 ha və “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0099 nömrəli Dövlət Aktına əsasən Göyçay rayonu, Ləkçıplaq kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.92 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsindən payların müəyyən edilməsi barədə tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D I: İddia qismən təmin edilsin. iddiaçılar İddiaçı Cavabdeh qarşı Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.17 ha həyətyanı torpaq sahəsinin 1/5 hissədə və Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.92 ha kənd təsərrüfatılı təyinatlı torpaq sahəsinin 1/4 hissədə payının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 812 F nömrəli şəhadətnaməyə əsasən Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.17 ha həyətyanı torpaq sahəsi üzərində 1/5 hissədə və “Torpağa Mülkiyyət Hüququna Dair” JN 0099 nömrəli Dövlət Aktına əsasən Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan 0.92 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi üzərində 1/4 hissədə payı ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-88/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-88/2023
09.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver