Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-880/2021 03.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, evə köçürülmə tələbinə dair mülki işə Göyçay şəhərində 03 iyun 2021-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə inşa etdirkiləri Göyçay rayonunun Hacağabəyli kəndində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlə 17 may 2008-ci il tarixdə nikah bağlamışlar. Cavabdehlə birgə nikahlarından üç uşaqları anadan olmuşdur, 25 iyun 2008-ci il tarixdə X2, 17 avqust 2010-cu il tarixdə X3, 02 avqust 2013-cü il tarixdə X4 anadan olmuşdur. Yaşadıqları kənddə cavabdehin adına alınmış torpaq sahəsində 2011-ci ildən 2013-cü ilə kimi tikinti işləri apararaq 3 otaq, 1 zal, 1 mətbəx, 1 hamam və dəhlizdən ibarət fərdi yaşayış evi inşa etdirmiş və 24 may 2014-cü il tarixdə həmin evə köçmüşdür. Cavabdeh 04 iyul 2018-ci il tarixdən faktiki ayrılmış, nikahları cavabdehin tələbinə əsasən Göyçay rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2(046)-214/2019 saylı qətnaməsinə əsasən pozulmuş, uşaqları onun yanında saxlanılması qət edilmişdir. Mübahisəli ev cavabdehlə onun birgə nikahda olduqları dövrdə, yəni 2011-ci ildən 2013-cü ilə kimi tikinti işləri aparılaraq inşa edilmiş və 24 may 2014-cü il tarixdə həmin evə köçərək 04 iyul 2018-ci il tarixə kimi həmin evdə yaşamışlar. Cehiz əmlakı həmin evdədir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh həmin evə qayıdıb yaşamasına könüllü razılıq vermədiyinə görə azyaşlı uşaqları ilə birlikdə cavabdehin yaşadığı Göyçay rayonu Hacağabəyli kəndində birgə nikah dövründə inşa etdirdikləri fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı ilə birgə nikah dövründə 2011-2013-cü il tarixdə fərdi yaşayış evi inşa etmiş, iddiaçı və azyaşlı uşaqları ilə 2018-ci il tarixədək həmin evdə yaşamışdır. İddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evin bir otağına köçərək yaşamasına etiraz etmir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(046)-214/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 17.05.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, 25 iyun 2008-ci il tarixdə anadan olmuş X2, 17 avqust 2010-cu il tarixdə anadan olmuş X3 və 02 avqust 2013-cü il tarixdə anadan olmuş X4 İddiaçı yanında saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Yeniarx Bələdiyyəsinin 02.10.2019-cu il tarixli 342 saylı arayışından görünür ki, Cavabdeh 2013-cü il tarixdə 0.08 ha torpaq sahəsində 3 otaqdan, 1 zaldan, mətbəx və hamamdan ibarət fərdi yaşayış evi inşa etdirmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 17.09.2019-cu il tarixli mətubundan görünür ki, Göyçay rayonu Hacağabəyli kəndində Cavabdeh adına JN-673 nömrəli dövlət aktına əsasən ümumi-birgə mülkiyyətdə 2.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin kənddə ümumi-birgə mülkiyyətdə 0.06 həyətyanı torpaq sahəsinə ( Cavabdeh adı adlı siyahıda olmaqla) atası X1 adına A seriyalı 081110 nömrəli torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Məhkəməyə təqdim edilmiş A seriyalı 081110 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayonu Hacağabəyli kəndində 0.06 ha həyətyanı torpaq sahəsi X1 adına işlənmişdir. İş üzrə tərəfləri dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi İddiaçı ilə cavabdeh arasında mübahisəli fərdi yaşayış evindən istifadə ilə bağlı münasibətlər 2008-ci ildə yaranmışdır. İddiaçı Cavabdeh ilə həmin evdə 5 il fasiləsiz olaraq azyaşlı uşaqları ilə yaşamışdır. İddiaçı ilə Cavabdeh arasında olan ailə münasibətləri pozulduğundan cavabdehlər İddiaçı həmin fərdi yaşayış evində yaşamağa imkan verməmişdir. Mübahisəli ev üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdır. Lakin həmin fərdi yaşayış evinin 0.06 hektar torpaq sahəsi cavabdehin ümumi mülkiyyətindədir. Tərəflər arasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evə köçürülmə ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında hüquq münasibətlərinin 17.05.2008-ci il tarixdə yaranmasını nəzərə alaraq, məhkəmə belə hesab edir ki, mülki mübahisə 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına uyğun şəkildə həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvləri, onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehin ümumi mülkiyyətində olan torpaq sahəsində Göyçay rayonu Hacağabəyli kəndində yerləşən evə gəlin köçmüş, cavabdehlə birlikdə təsərrüfuat aparmış, həmin evdə uşaqları anadan olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələblərinə əsasən həmin evdən istifadə hüququ əldə etmişdir. Beləliklə, məhkəmə, iş üzrə məhkəmədə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı himayəsində olan azyaşlı uşaqları 25 iyun 2008-ci il tarixdə anadan olmuş X2, 17 avqust 2010-cu il tarixdə anadan olmuş X3 və 02 avqust 2013-cü il tarixdə anadan olmuş X4 ilə birlikdə Cavabdeh yaşadığı birgə nikah dövründə inşa edilmiş Göyçay rayonunun Hacağabəyli kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qərarın İcrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cavabdeh 10 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-880/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-880/2021
03.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver