Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-882/2021 16.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, doğum aktı qeydində düzəliş edilməsi barədə ərizəsi üzrə mülki işə Göyçay şəhərində 16 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə М Ü ƏYYƏN ET Dİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 13 fevral 2019-cu il tarixdə Bakı şəhərinin Xətai rayonunda doğulmuş oğlu X6 Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyində aparılmış, 12 mart 2019-cu il tarixli 19 saylı doğum qeydinə və 24 fevral 2021-ci il tarixdə Bakı şəhərinin Xətai rayonunda doğulmuş qızı X7 Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyində aparılmış, 15 mart 2021 -ci il tarixli 08 saylı doğum qeydinə düzəliş edilərək atalarının milliyyətinin “alman” yazılmasına düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi ərizəsini müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, 30 mart 2013-ci il tarixdə X9 ilə Maraqlı şəxsndə nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. 13 fevral 2019-cu il tarixdə X10 və 24 fevral 2021 -ci il tarixdə X11 anadan olmuşdur. X3 ana tərəfdən milliyətcə alman olmaqla özünün də alman millətinə mənsub olduğunu hesab edir. Lakin uşaqları doğum qeydlərində özünün milliyəti alman deyil azərbaycanlı yazılmışdır. Uşaqlarının doğum qeydlərinə düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs uşaqlarının doğum qeydlərində atanın milliyyəti qrafasında onun milliyətinə düzəliş edilərək “alman” yazılmasının mümkün olmadığını bildirmiş və Qeydiyyat Şöbəsi ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə ərizəçini dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. X3, anası isə X8r. Milliyyəti azərbaycanlı qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş Doğum Haqqında arayışdan görünür ki, X9 30.03.1995ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Milliyyəti azərbaycanlı qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 30.03.2013-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş X1 surətindən görünür ki, X10 13 fevral 2019-cu il tarixdə və X11 24 fevral 2021 -ci il tarixdə anadan olmuşdur. Ataları Ərizəçi, anaları X5r. Hər iki uşağın milliyəti azərbaycanlıdır. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, ərizəçinin X3 13 fevral 1954cü il tarixdə Krasnoyarsk vilayətində anadan olmuşdur. Milliyyəti azərbaycanlıdır. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 19.03.2021-ci il tarixli məktubdan görünür ki, 12 mart 2019-cu il tarixdə Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən tərtib olunan 19 saylı və 15 mart 2021-ci il tarixdə Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyi tərəfindən tərtib olunan 08 saylı doğum haqqında akt qeydlərində atanın milliyət qrafasında milliyətin “alman” yazılması mümkün deyil. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ata nənəsinin alman vətəndaşı olduğunu əsas gətirərək, azyaşlı uşaqlarının doğum aktı qeydində atalarının milliyətinin “alman” yazılmasını xahiş edir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü qərarının 2.8.1-ci bəndində qeyd edilmişdir ki, öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə X1dəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır. Təqdim edilmiş sübutlardan görünür ki, Ərizəçi və arvadı X2 doğum haqqında akt qeydlərində milliyyətləri Azərbaycanlı kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi azyaşlı uşaqlarının doğum aktında atalarının milliyyətinin alman yazılması barədə tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilməsin. Ərizəçi13 fevral 2019-cu il tarixdə Bakı şəhərinin Xətai rayonunda doğulmuş oğlu X6 Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyində aparılmış 12 mart 2019-cu il tarixli 19 saylı doğum qeydinə və 24 fevral 2021-ci il tarixdə Bakı şəhərinin Xətai rayonunda doğulmuş qızı X7 Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd inzibati ərazi nümayəndəliyində aparılmış 15 mart 2021 -ci il tarixli 08 saylı doğum qeydinə düzəliş edilərək atalarının milliyyətinin “alman” yazılmasına düzəliş edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-882/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-882/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver