Məhkəmə qərarları › İş №2(046)-886/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-886/2020

22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-886/2020 22.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Göyçay rayon X6 xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.54 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-090G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ümumi-birgə mülkiyyətçilər sırasında X5 adına yazılmış qeydin Ərizəçi1 məxsus olması, Ərizəçi2 Qurban qızının adına yazılmış qeydin Ərizəçi2 məxsus olması, Ərizəçi3 Qurban oğlunun adına yazılmış qeydin Ərizəçi3 məxsus olması və Ərizəçi4 Qurban oğlunun adına yazılmış qeydin Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəni müdafiə edərək göstərmişlər ki, Göyçay rayon X6 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə Göyçay rayonunun Cəyirli kəndində torpağın mülkiyyətə verilməsinə dair JN-090G saylı şəhadətnaməyə əsasən 0.54 ha torpaq sahəsi verilmişdir. Göyçay rayon Notariat Kontoruna sənədlər təqdim edərkən məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-090G saylı şəhadətnamədə Ərizəçi1 əvəzinə səhvən X7, Ərizəçi2 əvəzinə səhvən Ərizəçi2 Qurban qızı, Ərizəçi3 əvəzinə səhvən Ərizəçi3 Qurban oğlu, Ərizəçi4 əvəzinə səhvən Ərizəçi4 Qurban oğlu yazılmışdır. Ona görə də ərizə ilə DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət edərək JN-090G saylı şəhadətnaməndə düzəliş edilməsini xahiş etmiş, lakin DƏDRX-nin 16 saylı Ərazi İdarəsi xx xxx 2020-ci il tarixli məktubla məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı X13 məhkəməyə ərizə ünvanlayaraq, mülki işə nümayəndənin iştiraki olmadan baxılmasını xahiş etmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X4 təsdiq olunmuş surətindən görünür ki, Ağamalıyeva (Qəfərova) Ayşən Qurbanəli qızı xx.xx.1990-cı il tarixdə, Ərizəçi3 xx.xx.1989-cu il tarixdə və Ərizəçi4 xx.xx.1992-cı il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi1 ilə Əliyeva Şövkət Mirəddin qızı arasında xx.xx.1986-cı il tarixdə və X10 ilə X2 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra X1 ərinin soyadı verilmiş, soyadı Qəfərova olmuşdur. Məhkəməyə təqdim edilmiş Ucar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə Ucar rayonunun Müsüslü kəndində anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-090G saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayon X6 xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.54 ha torpaq sahəsi X5, Ağamalıyeva Şövkət Mirəddin oğlunun, Ərizəçi3 Qurban oğlunun, X3 və Ərizəçi4 Qurban oğlunun ümumi-birgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X13 tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-090G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənadə Ərizəçi1 əvəzinə səhvən X7, Ərizəçi2 əvəzinə səhvən Ərizəçi2 Qurban qızı, Ərizəçi3 əvəzinə səhvən Ərizəçi3 Qurban oğlu və Ərizəçi4 əvəzinə səhvən Ərizəçi4 Qurban oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəsi təmin edilməli, Göyçay rayon X6 xx.xx.1998-ci il tarixli qərarı ilə X5, Ərizəçi2 Qurban qızı, Ərizəçi3 Qurban oğlunun və Ərizəçi4 Qurban oğlunun ümumi-birgə mülkiyyətdə olan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.54 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-090G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənın Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Göyçay rayon X6 xx.xx.1998-ci il tarixli qərarı ilə X5, Ərizəçi2 Qurban qızı, Ərizəçi3 Qurban oğlunun və Ərizəçi4 Qurban oğlunun ümumi-birgə mülkiyyətdə olan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.54 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-090G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənın Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahimFəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar