Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-89/2020 19.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, vəkili Vəkil iştirakı ilə, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdehlərə torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan 5.28 hektar torpaq sahəsinin 0.35 ha torpaq sahəsindən Cavabdeh2, 0.12 ha torpaq sahəsindən Cavabdeh3 və 0.007 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (atası) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonunun Məlikkənd kəndində yerləşən 5.28 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrinin ******* saylı çıxarışı ilə təsdiq edilir. Çıxarış üzrə tam mülkiyyətçi olduqdan sonra İddiaçı tərəfindən müəyyən olunmuşdur ki, mülkiyyətində olan həmin 5.28 hektar torpaq sahəsinin 0.35 ha hissəsi Cavabdeh2, 0.12 ha hissəsi Cavabdeh3 və 0.007 ha hissəsi Cavabdeh1 zəbt edərək istifadə edirlər. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində həmin torpaq sahəsindən istifadə edə bilmir. İddiaçı cavabdehlərdən zəbt olunmuş torpaq sahəsinin boşaldılmasını tələb etsə də, cavabdehlər tələblərə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirirlər. Bununla da iddiaçının mülkiyyət hüququnun bərpası və mülkiyyətində olan torpaq sahəsinin istifadəsinə qaytarılmasının təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişlər ki, iddiaçının onlara qarşı qaldırdığı iddianı əsassız hesab edirlər. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişlər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, İddiaçı iddiası aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəy və sxem mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəy verilməsi üçün xərci 144.34 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/146 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış ilə iddiaçının xüsusi mülkiyyətində olan Göyçay rayonu Məlikkənd kəndində yerləşən 5.28 ha torpaq sahəsi iddiaçının göstərdiyi ərazidə yerləşir, lakin konfiqurasiya fərqinin olduğu müəyyən olunur. İddiaçının ******* nömrəli çıxarışla xüsusi mülkiyyətinə verilmiş 5.28 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 tərəfindən 0.09 ha-dək hissəsinin, Cavabdeh3 tərəfindən 0.24 ha-dək hissəsinin, Cavabdeh2 tərəfindən 0.29 ha-dək hissəsinin naturada istifadə edildiyi müəyyən edilir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Məlikkənd kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 5.28 ha torpaq sahəsinin 0.09 ha hissəsi Cavabdeh1, 0.24 ha hissəsi Cavabdeh3, 0.29 ha hissəsi Cavabdeh2 qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 5.28 ha torpaq sahəsinin 0.77 ha və 0.26 ha hissəsinin cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Məlikkənd kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 5.28 ha torpaq sahəsinin 0.09 ha hissəsindən Cavabdeh1, 0.24 ha hissəsindən Cavabdeh3, 0.29 ha hissəsindən Cavabdeh2 çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməli və iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 144.34 manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutularaq Kadastr və X1 Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Məlikkənd kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 5.28 ha torpaq sahəsinin 0.09 ha hissəsindən Cavabdeh1, 0.24 ha hissəsindən Cavabdeh3, 0.29 ha hissəsindən Cavabdeh2 çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 144.34 manat məhkəmə xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq Kadastr və X1 Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-89/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-89/2020
19.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver