Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-90/2024 25.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdeh X1 iştirakı ilə, torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan 0.4139 ha torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və cavabdehin həmin torpaq sahəsinə daxil olmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən MPM-nin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı cavabdeh X2 zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı vəsatətinə əsasən geri qaytarılsın. Qərardaddan alındığı və ya təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-90/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-90/2024
25.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver