Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-904/2020 10.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 mənzil 11də yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayon Notariat Kontorunda bağlanmış xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi üzrə ünvan 1 mənzil 11-də yerləşən mülkün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli çıxarışına əsasən tam mülkiyyətçisidir. Həmin mənzilə reyestrindən çıxarış alarkən ona məlum olmuşdur ki, mənzilin əvvəlki sahibinin ailə üzvü yəni cavabdeh olan şəxs mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh az müddətdə qeydiyyatdan çıxacağını öhdəsinə götürsə də əməl etməmiş, dəfələrlə qeydiyyatdan çıxmasını tələb etməsinə əhəmiyyət verməyib müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mənzil üzərində mülkiyyət hüquqlarını tam həyata keçirməsinə mane olur. Buna görə də cavabdeh ünvan 1 mənzil 11-də yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, X2 mülkiyyətində olan ünvan 1 11 saylı ünvanda yerləşən mənzili İddiaçı satmışdır. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı ərazı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 11 saylı ünvanda yerləşən mənzil İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 11 saylı ünvanda yerləşən mənzildə qeydiyyatdadır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1 11 saylı ünvanda yerləşən mənzildə qeydiyyatda qalması İddiaçı mülkiyyətdən sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan ünvan 1 11 saylı ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanalara əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh qızına qarşı ünvan 1 11 saylı ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə dair tələbi təmin edilsin. Bu qətnamə Cavabdeh qızının ünvan 1 11 saylı ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-904/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-904/2020
10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver