Məhkəmə qərarları › İş №2(046)-909/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-909/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-909/2021 06.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində 06 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETD: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Qızılağac kəndində yerləşən 2.13 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN2-0010 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin mərhum X4 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 10.04.1957-ci il tarixdə Göyçay rayonu Qızılağac kəndində anadan olmuşdur. Ona məxsus olan torpaq şəhadətnaməsini rəsmiləşdirən zaman ona bildirilmişdir ki, JN-0010 torpağa dair şəhadətnaməsində mərhum anasının ata adı Nəsrullah kimi deyil Nəsrulla və onun adı və soyadı Ərizəçi kimi deyil X9 qeyd edilmişdir. Akta düzəliş edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etsə də həmin şəhadətnamədə düzəliş edilməsinə imtina edilmişdir. Belə ki ona məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində məlumatları Ərizəçi kimi qeyd edilmişdir. X2 28.11.2018-ci il tarixdə vəfat etmişdir. Anasının ölüm haqqında şəhadətnaməsində, nikah haqqında şəhadətnaməsində və vəsiyyətnaməsində ata adı Nəsrullah qeyd edilmişdır. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X12 surətindən görünür ki, Ərizəçi xx.xx.1966-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş X13 surətindən görünür ki, X7 28.11.2018-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş 13.02.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, mərhum X1 rayonunun Qızılağac kəndindəki fərdi təsərrüfatındaki əmlakını evini və digər tikililəri oğlu Ərizəçi vəsiyyət etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0010 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı ilə mülkiyyətə verilmiş 2.13 ha torpaq sahəsi X5 və X15 paylı mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş 17.03.2021-ci il tarixli məktubdan görünür ki, DT və XKsi tərəfindən verilmiş JN-0010 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında ərizəçinin adı X10 mərhum anasının adı isə X3 qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11 -ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsində sənədin mərhum X2na və ona məxsus olması faktının müəyyən edilməsini başqa qaydada əldə edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı ilə mərhum X5 və X15 adına verilmiş 2.13 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-0010 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi və mərhum X4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ Ərizə təmin edilsin. Göyçay rayon Aqrar İslahat Komissiyasının 14.05.1999-cu il tarixli qərarı ilə mərhum X5 və X15 adına verilmiş 2.13 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-0010 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi və mərhum X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar