Məhkəmə qərarları › İş №2(046)-915/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-915/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-915/2021 23.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı Azəriqaz İB-nin nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh qarşı debitor və dəymiş ziyanın ödənilməsi tələbinə və əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azəriqaz İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən evində istifadə olunmuş təbii qaza görə yaranmış 281.10 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 72 manat itirilmiş qazın dəyərinin və ödənilmiş 20 manat dövlət rüsumun, 0.40 manat xidmət haqqı tutularaq İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı qarşılıqlı iddia qaldıraraq Azəriqaz» İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən ona hesablanmış 216 manat cərimənin və 68 manat yeni quraşdırılmış sayğacın dəyərinin silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı Azəriqaz İB nümayəndəsi X3 iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, İddiaçı Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri iddiaçının yaşadığı evdə quraşdırılmış məişət qaz sayğacını götürərək növbədənkənar yoxlamaya göndərmişlər. Bununla bağlı 22.05.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Evdən açılmış qaz sayğacı növbədənkənar yoxlamaya göndərilmiş, sayğaca kənar müdaxilə edildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İBnin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin Akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Cavabdeh abonent koduna 2160 m3 – 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa hazırda Cavabdeh qazdan istifadəyə görə 135.40 manat borcu vardır. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qismən qəbul edərək və qarşılıqlı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay şəhəri R.İsayev küçəsi ev 101-də yaşayır, Azəriqaz İB Göyçay rayon şöbəsinin əməkdaşları evinə quraşdırılmış sayğacı yenisi ilə əvəz etmişlər və barədə akt tərtib etmişlər. Bundan sonra 216 manat dəymiş ziyan və 68 manat yeni quraşdırılmış sayğacın dəyəri barədə ona bildiriş verilmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evindən kənarda yerləşir. İddiaçıya qazdan istifadə etdiyinə görə yaranmış borcunu ödəyəcəyinə öhdəsinə götürür. Buna görə də ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 22.05.2020-ci-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus Göyçay şəhəri Ü R.İsayev küçəsi ev 101-də yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir Cavabdeh adına tərtib edilmiş abonentin saldosundan görünür ki, Cavabdeh 72 manatı itirilmiş qazın bərpası üçün hesablanmış vəsait, 281.10 manat isə aylar üzrə qazdan istifadəyə görə yaranmış borcdur. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.6. məhkəmənin qərarı ilə; Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə Azəriqaz İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, Cavabdeh həmin müqavilə əsasında yaşadığı Göyçay şəhəri R.İsayev küçəsində qazdan istifadə etmiş, quraşdırılmış sayğac götürülərək yoxlamaya göndərilmiş, həmin vaxt qaz sayğacı yenisi ilə əvəz edilmiş və buna görə Cavabdeh 68 manat məbləğində pul hesablanmışdır. Tərtib edilmiş akta əsasən Cavabdeh evində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair invertar aktı tərtib edilmişdir. Həmin akta əsasən 216 manat məbləğində itirilmiş qazın dəyəri ziyan kimi hesablanaraq Cavabdeh abonent koduna vurulmuşdur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il № 80 saylı Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh qazdan istifadəyə görə aylar üzrə İddiaçı İB-nə ödənilməmiş 135.40 manat alınaraq İddiaçı İB-nə verilməsi əsaslıdır. Məhkəmə hesab edir ki, İlkin iddia üzrə İddiaçı İB Cavabdeh dəymiş zərərin əvəzinin ödənilməsini və yeni sayğacın quraşdırılması üçün pul tələb etməkdə haqlı deyildir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sənədlərlə Cavabdeh yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının həyətindən kənarda quraşdırıldığı və heç bir müvafiq örtüklə örtülmədiyi müəyyən edilmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə Cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Hazırkı vəziyyətdə qaz sayğacının cavabdehin təqsirli hərəkətləri nəticəsində nöqsan aşkar olunması müəyyən edilməmişdir. Eyni zamanda qaz sayğacının Cavabdeh təqsirli hərəkətləri nəticəsində kənar müdaxilə edilməsinə dair heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğacda aşkar edilmiş qüsurların istehlakçının təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın Cavabdeh tutulması, yeni qaz sayğacının Cavabdeh vəsaiti hesabına quraşdırılması qərara alınmışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 135.40 manat dəyərində istehlak edilmiş qazın dəyəri alınaraq İddiaçı İB-nə verilməli,qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin ediləməli İddiaçı Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh hesablanmış 216 manat borc və yeni quraşdırılmış sayğaca görə 68 manat borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ilkin iddia tələbi qismən təmin olunduğuna görə iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı İB-nə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 72-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. Cavabdeh qazdan istifadəyə görə 135.40 məbləğində pul,20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-nə ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh barəsində İddiaçı İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akt əsasında abonent koduna vurulmuş itirilmiş qazın bərpası üçün hesablanmış 216 manat məbləğində borc və yeni quraşdırılmış sayğaca görə 68 manat borc silinsin. Qətnamənin ilkin iddia üzrə icrası yəni, 135.40 məbləğində pul,20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqına dair hissədə cavabdehin yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə qarşılıqlı iddia üzrə icrası yəni, 216 manat məbləğində borc və yeni quraşdırılmış sayğaca görə 68 manat borc silinməsinə dair hissədə İddiaçı İB-nin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar