Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-916/2021 23.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 iştiraki ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 554 manat borcun, 20 manat dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı, cəmi 574.40 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı Azəriqaz İB-nin nümayəndəsi X3 məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan Cavabdeh istifadə olunmuş təbii qaza görə İddiaçı Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsinə 554 manat debitor borcu vardır. İddiaçı Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsinin əməkdaşları 30.04.2020-ci il tarixdə iddiaçıya məxsus yaşayış evinə baxış keçirilən zaman sayğacın hesablama mexaniziminin qapağına vurulan plombun yuvasının çatladığını aşkar etmiş və bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Cavabdeh Göyçay XS-nın abonent bazasındakı abonent koduna 2160 m3 – 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Cavabdeh abonent koduna vurulmuş 216 manat borcun silinməsi ilə bağlı iddia qaldırmışdır. Göyçay rayon məhkəməsinin 2(046)-206/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilmiş, onun abonent koduna vurulmuş itirilmiş qazın bərpası üçün hesablanmış 216 manat borc silinmişdir. Hal-hazırda Cavabdeh 554 manat təbii qazdan istifadəyə görə borcu mövcuddur. Buna görə də iddia tələbinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 2021-ci ilin noyabr ayına olan Abonentin saldosundan görünür ki, Cavabdeh qazdan istifadəyə görə Azəriqaz İB-nə 554 manat borcu vardır. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Cavabdeh 2021-ci ilin noyabr ayınadək qazdan istifadə etmiş, qazın dəyərini təşkil edən 554 manat qazdan istifadə haqqını iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Buna görə də məhkəmə hesab edir ki, Azəriqaz İB-nin Cavabdeh 554 manat borcun, 20 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqı olmaqla cəmi 574.40 manat məbləğində pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 554 manat borcun, 20 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqı olmaqla cəmi 574.40 manat məbləğində pul alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamənin icrası cavabdehin yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-916/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-916/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver