Məhkəmə qərarları › İş №2(046)-917/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-917/2020

02.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-917/2020 02.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam veriləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, ünvan 2 saylı dalanın, 6 saylı ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında almışdır. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edildikdən sonra, həmin müqavilə əsasında ünvan 2 saylı dalanın 6 saylı ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Mülkiyyətində olan fərdi yaşayış evini satmaq qərarına gəlmiş, bu məqsədlə Göyçay Notariat Ofisinə müraciət etmişdir. Sənədləri araşdırılarkən məlum olmuşdur ki, razılığı olmadan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evinə pasport qeydiyyatına düşmüşdür. Bu səbəbdən alqı-satqı müqaviləsini bağlaya bilməmişdir. Dəfələrlə cavabdehlərə pasport qeydiyyatından çıxmalarını tələb etsə də, ötən bu müddət ərzində cavabdehlər mülkiyyətində olan evdən pasport qeydiyyatından çıxmamış və nəticədə mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Notariat Kontoru alqı-satqı müqaviləsini rəsmiləşdirərkən, cavabdehlərin evin satılmasına razılıq vermələrinə dair ərizələrin tələb edir ki, cavabdehlərdə həmin mənzildə yaşamadıqlarından, ümumiyyətlə hal-hazırda hansı ünvanda yaşamalarından xəbərdar olmadığı üçün həmin ərizəni onlardan ala bilməmişdir. Buna görə görə iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı ərazı idarəsi tərəfindən verilmiş xx.xx.2018-cü il tarixli RX ******* saylı Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 saylı ünvanda yerləşən dərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 saylı fərdi yaşayış evində qeydiyyatda qalması İddiaçı mülkiyyətdən sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair tələbi əsaslı olduğundan təmin edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar