Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-917/2023 31.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əlibaba oğluna qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 Əlibaba oğlunun, Cavabdeh1 və Cavabdeh2 yaşadığı Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi yaşayış evinə himayəsində olan iki övladı ilə birlikdə kğçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında iddiaçı X2 ərizə verərək cavabdehlərlə razılaşma olduğuna görə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh1 nümayəndəsi Vəkil ərizə verərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Əlibaba oğlu məhkəməyə gəlməmişlər, işə mahiyyəti üzrə baxılması barədə vəsatətləri məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11 -ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, Cavabdeh1 nümayəndəsi Vəkil işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Əlibaba oğlunun isə işə mahiyyəti üzrə baxılmasına dair vəsatətləri daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268- ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əlibaba oğluna qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu qaytarılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Göyçay rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-917/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-917/2023
31.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver