Məhkəmə qərarları › İş №2(046)-920/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-920/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-920/2021 02.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X2 Cavabdeh qarşı debitor borcunun və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 02 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azəriqaz İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 207.40 manat qazdan istifadəyə görə borcun, 496.80 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azəriqaz İstehsalat Birliyi tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri Xəqani küçəsi ev 65 ünvanında yaşayan Cavabdeh evində istifadə edilmiş təbii qaza görə İddiaçı Ağsu X7 İdarəsinin Göyçay Xidmət Sahəsinə 207.40 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə istehlakçı arasında sonuncu dəfə bağlanmış qazın 02-17- 3279 nömrəli alqı-satqı müqaviləsinin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Bundan başqa 03.06.2020-ci il tarixdə İddiaçı Ağsu RQİİ-nin ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar edilmiş, bununla bağlı ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək Cavabdeh Göyçay XS-nin abonent bazasındakı abonent koduna 4968 m3 - 496.80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacıdan kənar əlavə qaz xəttindən istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Cavabdeh hər ay bildiriş almış, axırıncı dəfə 2018-ci ilin sentyabr ayında cəmi 8 manat pul ödəmişdir. Təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh yaranmış borcu yenə də tam ödəməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı X2 nümayəndəsi X9 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə Göyçay şəhəri Xəqani küçəsi ev 65 ünvanda yaşayır. İstifadə etdiyi təbii qazın dəyərini sayğac göstəricisinə əsasən vaxtlı-vaxtında ödəyir. Bu günədək iddiaçı təşkilatla sərf etdiyi qazın dəyəri ilə bağlı hər hansı narazılıq olmamışdır. İddia edilən qanunsuz xətt mübahisəli evin əvvəlki mülkiyyətçisi tərəfindən xeyir-şər işləri zamanı istifadə etmək üçün təxminən müstəqillik illərinin ilk vaxtlarında quraşdırılmış, bu barədə İddiaçı Ağsu RQİİ-nin Göyçay Xidmət sahəsinin əməkdaşları da məlumatlı olmuşdur. Yəni hər dəfə sayğacın dəyəri qeyd edilərkən həmin qaz xəttini görmüşlər və istifadə edilmədiyini görüb heç bir irad bildirməmişlər. İddiaçının nümayəndələri tərəfindən evində yoxlama aparıldığı vaxt faktiki istifadəsində olan hər hansı qanunsuz xətt aşkar edilməmişdir. Yalnız mübahisəli qaz xətti aşkar edilmişdir ki, onun da, yaşadığı evə heç bir aidiyyatı yoxdur. Buna görə də, həmin vaxt iddiaçının nümayəndələrinə bildirmişdir ki, o, heç vaxt təbii qazdan qanunsuz istifadə etməmiş və baxış keçirilən zaman belə bir fakt aşkarlanmamışdır. İddiaçının nümayəndələrinə araşdırma zamanı bütün lazımı məlumatları versə də, onlar tərəfindən buna əhəmiyyət verilməmiş, eləcə də, həmin təbii qazdan qanunsuz olaraq istifadə etməyi aşkarlanmamış, nəticədə iddiaçının nümayəndələri yalnız şifahi məlumatlara əsaslanmış, bu barədə akt tərtib etmiş, əsasız sənədləşmə işləri aparmışdır. Qeyd etmək istəyir ki, onun qazdan qeyri-qanuni istifadə etdiyinə görə cavabdeh tərəfindən məsuliyyətə cəlb olunmağı hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Ona görə də, o, həmin məktubda yazılmış məbləğlə razı deyil və hesab edir ki, qeyd edilən məbləğ tamamilə qanunsuz hesablanmışdır. Çünki, dəymiş ziyan ARDNŞ Şurasının 14.0.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları X16 Reyestrinə daxil edilmədiyindən istehlakçılar üçün məcburi xarakter daşıya bilməz və ona görə də dəymiş ziyanın hesablanması qanuni sayıla bilməz. Əgər həqiqətəndə o, yaşadığı ünvanda qeyri-qanuni yollarla təbii qazdan istifadə etmişdirsə sual yaranır ki, faktiki yaranmış debitor borc kimə aiddir? Göründüyü kimi yaranmış debitor borcu onu göstərir ki, uzun illərdi yaşadığı ünvanda təbii qazdan qeyri-qanuni istifadə etməmişdir. Bu günə kimi İddiaçı ilə bağladığı müqavilənin tələblərinə əməl etməklə sayğac göstəricisinə uyğun hər ay ona təqdim olunan bildirişlə ödənişləri həyata keçirmişdir. Hazırda təbii qazdan istifadə etdiyinə görə yaranmış 207.40 (iki yüz yeddi) manat 40 qəpik borc maddi durumunda yaranmış çətinliklərlə əlaqədar ödənilməmişdir. Ona görə də, iddiaçının iddia tələbini qismən qəbul edir, çünki həqiqətən onun İddiaçınə bu günə kimi olan debitor borcu cəmi 207.40 (iki yüz yeddi) manat 40 qəpik təşkil edir. Göründüyü kimi iddiaçı tərəfindən ona təbii qazdan istifadə üzrə əlavə sərfiyyat və həmin sərfiyyata görə borcun hesablanması əsaslı sayıla bilməz. Aşkarlanmış kiçik diametrli boru ilə ona məxsus evə hər hansı dövrdə qaz verildiyi işdə olan hər hansı sübutla təsdiq olunmur. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş Abonentin saldosundan görünür ki, Cavabdeh qazdan istifadəyə görə, eləcə də hesablanmış aktlar üzrə 2020-ci ilin oktyabr ayına Azəriqaz İB-nə 704.2 manat borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə iddia tələbinin 496.80 manat sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə borcun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması və iş materialları ilə müəyyən edildi ki, İddiaçı X5 XS-nin əməkdаşlаrı tərəfindən 03 iyun 2020-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib olunduğu vaxtdan, həmçinin 01 iyun 2020-ci il tarixli 06/20- GXS-590 saylı qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanandan xeyli öncə, müstəqilliyin ilk illərində iddiaçının yaşadığı ev qazlaşdırılarkən mübahisəli fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinin xahişi nəzərə alınaraq qaz xəttinin üzərində xeyir-şər işləri vaxtı istifadə edilməsi məqsədi ilə qaz xəttindən həyətyanı sahədə istifadə olunması üçün əlavə müştük quraşdırılmışdır. Həmin müştükdən qaz sayğacı quraşdırıldıqdan sonra istifadə olunmamışdır. Müştük göz önündə, aşkar şəkildə olmuş, üstü örtülüb gizlədilməmiş, sayğac göstəricilərini qeyd etmək üçün mütəmadi gələn və hər il keçirilən profilaktik baxışlarda iştirak edən Xidmət Sahəsinin əməkdaşlarının gözləri önündə olmuş, bununla bağlı ona hər hansı irad bildirilməmişdir. Həmin müştükdən istifadə edilmədiyi halda, iddiaçı tərəfindən ehtimala əsasən xeyli miqdarda cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 03 iyun 2020-ci il tarixli aktda göstərilmişdir ki, Cavabdeh sayğacdankənar əlavə qaz xəttindən qeyri-qanuni istifadə etmişdir. Həmin akt yalnız iddiaçının əməkdaşları tərəfindən imzalandığı üçün cavabdehin hər hansı təqsirli hərəkətlərini təsdiq edən şübhədənkənar sübut hesab edilə bilməz, Cavabdeh məxsus fərdi yaşayış evində həqiqətən də sayğacdan kənar istifadə olunan qaz xəttinin aşkar edilməsinə dair sübutlar isə İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir, eyni zamanda iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş 03 iyun 2020ci il tarixli aktda isə heç bir qanun normasına istinad edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat»ın 77-ci bəndinə əsasən aktın şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Həmin Təlimatın 81-ci bəndinə əsasən akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 2.2.5-ci bəndinə əsasən aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, paylayıcının hüquqlarıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda qazdan istifadədə pozuntuya yol verilməsini təsdiq edən aktın tərtib olunmasının xüsusi qaydası müəyyən edilmişdir ki, bu pozuntunun baş verməsi yalnız həmin qaydalara riayət olunmaqla tərtib edilmiş aktla təsdiq oluna bilər. Başqa qaydada və ya formada tərtib edilmiş hər hansı akt, yaxud sənəddə digər hər hansı pozuntunun olmasını əks etdirən nüanslar varsa, bu zaman onlar sübut kimi qəbul oluna bilməz. Bu tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, işdə olan aktda cavabdeh tərəfindən qazdan istifadə zamanı pozuntuya yol verilməsi göstərilməsinə baxmayaraq, həmin akt yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən, qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və ya təkzib edilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinin tələblərinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Sübutların qiymətləndirilməsi zamanı Avropa Məhkəməsi bir qayda olaraq «hər bir məntiqi şübhədən kənar» sübut etmə standartını qəbul edir (Avropa Məhkəməsinin «X1rşı» (İreland v. United Kingdom) işi üzrə 18 yanvar 1978-ci il tarixli Qətnaməsi, Series A, № 25, pp. 64-65, § 161). Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» AİHM-nin qərarı №25657/94, §282). Avropa Məhkəməsi qeyd edir ki, heç də hər zaman ajfirmanti rncumbit probatio (sübut ərizəçinin üzərinə qoyulur) prinsipinin ciddi tətbiqi ilə səciyyələndirilmir, çünki bəzi hallarda, yalnız cavabdeh Konvensiyanın pozulmasını təsdiq və ya təkzib edən məlumata daxil olmaq imkanı olur. Cavabdeh tərəfindən səbəblərin inandırıcı izahı olmadan bu cür məlumatın təqdim edilməməsi, ərizəçinin iddialarının əsaslı olması nəticəsinə gətirib çıxara bilər (Avropa Məhkəməsinin «Əhməd Özkan və digərləri Türkiyəyə qarşı» (Ahmet Ozkan and Others v. Turkey) iş üzrə 6 aprel 2004-cü il tarixli qətnaməsinə bax, 21689/93 saylı, § 426 şikayət). Məhkəmə yuxarıda qeyd edilən prosessual hüquq normalarını və Avropa Məhkəməsinin sadalanan qərarlarında formalaşdırdığı mövqeyini hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bundan əlavə iddiaçının Cavabdeh 496.80 manat ziyan məbləğini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 11 mart 2011-ci il tarixli, 11 saylı qərarı əsasında hesabladığını göstərmişdir. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun; 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X8 Reyestrinə daxil edilməsidir. 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasəb bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X8 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 11 mart 2011-ci il tarixli, 11 saylı qərarı X8 Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qərarın müddəaları cavabdeh üçün məcburi xarakter daşımır. Cavabdeh evində yerləşən, qazdan istifadə edilməklə işlədilən, qızdırılan və s. məişət əşyalarının qızdırılması üçün sərf edilməli olan qaz həcmi ilə bağlı qeyd edilənlər də, subyektiv fikirlərdir. Belə ki, həmin əşyaların hamısının qış vaxtı və s. vaxtlarda mütəmadi olaraq işləməsi, yaxud hərdən bir işlədilməsi, həmin əşyaların hansı intensivlikdə istifadə olunması barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, qazdan sayğacdan kənar istifadə olunmasını təsdiq edən, real olaraq həmin qazdan sayğacdan kənar qaydada istifadə edilməsi anı və üsulunu təsdiq edən fotoşəkillər, videogörüntü iddia ərizəsinə əlavə olunmamışdır. İşin fаktiki hаllаrındаn göründüyü kimi, Cavabdeh tərəfindən təbii qаzdаn sаyğаcdаn kənаr qаydаdа istifаdə еdilməmiş, iddiaçının əməkdаşlаrı tərəfindən tərtib оlunmuş аkt еhtimаllаrа əsаsən tərtib еdilmiş, rеаl fаktа əsаslаnmаmış, bununlа dа, cavabdehin hüquqlаrı pоzulmuş, iddiaçı tərəfindən Cavabdeh hеç bir rеаl əsаs оlmаdаn əlаvə sərfiyyаt hеsаblаnmışdır. Mübаhisələndirilən аkt cavabdehin iştirаkı оlmаdаn, fоrmаl tərtib еdilmişdir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 217.4-cü mаddəsinin tələblərinə görə, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə iddia tələbinin 207.40 manat qazdan istifadəyə görə borcun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh istifadə etdiyi qazın dəyərini təşkil edən 207.40 manatı iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi və 0.40 qəpik xidmət haqqı cavabdehə, dövlət rüsumunun 10 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 207.40 manat qazdan istifadəyə görə borc, 20 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 227.8 manat alınaraq Azəriqaz İB-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 207.40 manat qazdan istifadəyə görə borc, 20 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 227.8 manat alınaraq İddiaçı İBnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar