Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-922/2020 30.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququnun paylar üzrə tanınması tələbinə dair mülki işə xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il tarixdı vəfat etmiş İbrahimov Sadıq Ömər oğlundan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən xx.xx.2009-cu il tarixli MH ******* saylı Dövlət Reyestrindən çıxarışa əsasən Dövlət qeydiyyatına alınmış 0.1398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 158.8 kv.m. yaşayış, 70.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evində onlaraq çatacaq miras payları vərəsəlik hüququ üzrə paylara uyğun şəkildə tanınması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə baxışı zamanı ərizə təqdim edərək mülki işin baxılmamış saxlanması və iddia ərizəsinin həmçinin ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququnun paylar üzrə tanınması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-922/2020
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-922/2020
30.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver