Məhkəmə qərarları › İş №2(046)-940/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-940/2024

17.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-940/2024 17.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Göyçay rayon Qarabaqqal Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş 2.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, onların həmin torpaq sahəsinə daxil olmasının qadağan edilməsi və məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddiaçı Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində həmin ərizəyə əlavə eidlmiş sənədlərin siyahısı göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hazırkı iş üzrə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilsə də, həmin sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin qoşmasında göstərilən sənədlər əlavə edilmədiyindən, həmin ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150,152, 263- 264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar