Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-941/2025 17.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı nümayəndəsi (anası) Nümayəndə1, Cavabdeh1 və nümayəndəsi (anası) Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3565 manat zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi Cevrolet Aveo markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınını yuduzdurmaq üçün Göyçay şəhəri Natavan küçəsində yerləşən avtoyuma məntəqəsində işləyən Cavabdeh1 Əlişah oğluna vermiş və maşın yuyulana qədər vaxt keçirməkdən ötrü həmin avtoyuma məntəqəsinin yanında yerləşən çayçıya gedib orada çay içmiş, bir müddət keçdikdən sonra avtoyuma məntəqəsinə gələrkən orada maşınının olmadığim görmüş və maşınının harada olmasını Cavabdeh1 soruşanda onun yanında köməkçi kimi işləyən Ata və onun tanışının maşınla getdilərini bildirmişlər. Orada Cavabdeh1 iradını bildirmişdir. Baş vermiş hadisə barəsində yaxınlıqdan keçən Post Patrul XFdmətinin əməkdaşlarına məlumat vermiş, texniki əlaqə vasitəsi ilə XFdmətdə olan polis əməkdaşları ilə danışmışlar və ona məlumat çatdırdılar ki, maşını Göyçay şəhərində qaz xəttinə çırpılmışdır. Baş vermiş hadisə barəsində Göyçay rayon Polis İdarəsinə dərhal ərizə ilə müraciət etmiş və ərizəsinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Göyçay rayon Polis İdarəsi İstintaq Bölməsinin müstəntiqi,polis mayoru X1 həvalə edilmişdir. Elçin Neymanov tərəfindən baş vermiş hadisə üzrə iki dəfə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuş və hər iki qərardan Azərbaycan Respublikası CPM-nin 212-ci maddəsinə müvafiq olaraq şikayət verilmiş və hər iki qərar rayon Prokuroru tərəfindən ləğv olunaraq iş yenidən Elçin Neymanova qaytarılmışdır. Elçin Neymanov isə prokuror tərəfindən qəbul olunmuş qərarda qoyulan faktları araşdırmaq və düzgün hüquqi qərar qəbul etnək əvəzinə işi müəyyən müddətdə özündə saxlayaraq əvvəlki qərarların tariXFni dəyişərək surətini kompyuterdən çıxararaq işə tikmiş və bununla da işini bitmiş hesab etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ona məxsus olan Cevrolet Aveo markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınına dəymiş ziyan 2560 manat təşkil edir. Bundan başqa uzun müddət, 2024-cü ilin yanvar ayına, yəni 4 ay müddətində avtomobilsiz qalmış işə,evə,bazarlıq etməyə taksi vasitəsilə getmişdir.Baş vermiş hadisə ilə Bakıdan Göyçay şəhərinə dəfələrlə gedib qayıtmı, avtoqəzaya uğramış avtomobilini Göyçaydan Bakı şəhərinə evakuator vasitəsilə gətirib təmir etdirmiş, bütün bunlara 1000 manatdan çox pul xərcləmişdir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı nümayəndəsi (anası) Nümayəndə1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya məxsus avtomobili xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri Natəvan küçəsində yerləşən avtoyuma məntəqəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə tanışları Nicat və Cavabdeh2 onun işlədiyi yerə gəlmişdir. Həmin gün saat 14 radələrində avtoyuma məntəqəsinə İddiaçı gəlmişdir. Avtomobilini yuduzdurmaq üçün vermiş, Vüsal çay evinə getmişdir. Avtomobili yuduqdan sonra avtomobilin üzərində suyu qurutmaq üçün avtomobili yaxın məsafədə sürüb gətirməsi üçün Cavabdeh2 vermiş, Atanın yanında Nicat adlı tanışı olmuşdur. Bir müddət keçdikdən sonra Cavabdeh2 avtomobili idarə edərkdən qəza törətdiyini bilmişdir. Avtomobili idarə etməmiş, iddiaçıya heç bir ziyan vurmamışdır. Buna görə də iddianın ona qarşı qaldırılan hissədə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 nümayəndəsi (anası) Nümayəndə2 iddianın Cavabdeh1 qarşı qalıdırılan hissədə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. mülki işdə olan sənədlər: E-məhkəmə sistemi çıxarışından görünür ki, «Chevrolet Aveo minik» markalı **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobil Nümayəndə1 mülkiyyətindədir. E-məhkəmə sistemi çıxarışından görünür ki, «Chevrolet Aveo minik» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili Nümayəndə1 İddiaçı etibar etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət işi başlanması rədd edilmişdir. İşə materiallarına əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, «Chevrolet Aveo minik»markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2560 manat maddi ziyan dəymişdir. tətbiq edilən hüquq normaları: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 15 radələrində İddiaçı idarə etdiyi Cevrolet Aveo markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini avtoyuma məntəqəsindən götürmüş, Göyça şəhəri ərazisində idarə etmiş, Göyça şəhəri Bakı küçəsində avtomobili idarə edərkən idarə etməni itirmiş, qaz xəttinə çırpılmışdır. Baş vermiş hadisə zamanı avtomobilə 2560 manat maddi ziyan vurulmuşdur. Məhkəmə idda tələbinin Cavabdeh1 qarşı qaldırılan hissəsində qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 iddiaçıya qarşı qanunsuz hərəkət, yəni ona məxsus avtomobili idarə etməmiş, ziyan vurmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 3565 manat ziyan vurulduğuna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2560 manat məbləğində ziyan alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 2560 manat məbləğində ziyan alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-941/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-941/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver