Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-943/2021 30.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı debitor borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 683.6 manat debitor borcunun, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 529.2 manat cərimə borcunun və 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi X3 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Bığır kəndində yaşayan Cavabdeh istifadə olunmuş təbii qaza görə İddiaçı Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsinə 700.6 manat debitor borcu vardır. Belə ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1404/2019 saylı, 19.09.2019-cu il tarixli qətnaməsi icra edilərək Cavabdeh hesablanmış 529.2 manat cərimə borcu silinmişdir. Cavabdeh debitor borcunun ödənilməsi barədə bir neçə dəfə xəbərdarlıq edilmiş, bildirişdə göstərilən borcu mübahisələndirməmişdir. Buna görə də iddia tələbinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 28.02.2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-1404/2019 saylı, 19.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh hesablanmış 529.2 manat cərimə borcu silinmişdir. Məhkəməyə təqdim edilmiş 29.06.2021-ci il tarixdə verilmiş Abonentin saldosundan görünür ki, Cavabdehnın qazdan istifadəyə görə İddiaçı İB-nə 700.6 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin iyun ayınadək qazdan istifadə etmişdir. Buna görə də Cavabdeh istifadə etdiyi qazın dəyərini təşkil edən 700.6 manatı iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı 700.6 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 710.60 manat borcu, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-943/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-943/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver