Məhkəmə qərarları › İş №2(046)-944/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-944/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-944/2020 18.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun və Cavabdeh iştiraki ilə, borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 657.90 manat borcun, 30 manat dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı, cəmi 688.30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Göyçay rayonunun Qarabağlar kəndində yaşayan Cavabdeh ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, cavabdeh təbii qazdan istifadəyə görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Keçən müddət ərzində cavabdeh qazdan istifadə etmiş 2020-ci ilin may ayınadək mənzildə istifadə etdiyi təbii qaza görə Göyçay XS-ə 657.90 manat debitor borcu yaranmışdır. Hazırda cavabdeh həmin borcundan ödəniş etmiş, iddiaçıya 452.90 manat borcu qalmışdır. Cavabdeh iddiaçı tərəfindən debitor borcunun ödənilməsi barədə bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmiş, cavabdeh hər ay yazılı bildirişləri almış, həmin bildirişlərdə göstərilən borcla razı olmuş və mübahisələndirməmişdir. Buna görə də Cavabdehndan 452.90 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 483.30 manat məbləğində pul tutularaq İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı İB ilə arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, qazdan istifadəyə borcu yaranmışdır. Maddi imkanı olmadığından debitor borcunu ödəyə bilməmişdir. Hazırda iddiaçının hesabına qazdan istifadəyə görə 2020-ci ilin noyabr ayınadək 205 manat borcundan ödəniş etmişdir. Qalan borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-cı il tarixli müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt şöbələri vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli Abonentin saldosundan çıxarışdan görünür ki, Cavabdeh qazdan istifadəyə görə İddiaçı İB-nə 452.90 manat borcu vardır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh İddiaçı İB-in hesabına 50 manat ödəniş etmişdir. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Cavabdeh 2020-ci ilin oktyabr ayınadək qazdan istifadə etmiş, qazın dəyərini təşkil edən 452.90 manat qazdan istifadə haqqını iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh 452.90 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının, cəmi 483.30 manat məbləğində pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 452.90 manat borc, 30 manat ödənilmiş dövlət rüsum və 0.40 manat xidmət haqqı, cəmi 483.30 manat məbləğində pul alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamənin icrası cavabdehin yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar