Məhkəmə qərarları › İş №2(046)-949/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-949/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-949/2022 13.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tutularaq ona ödənilməli olan xidmət haqqı kimi 140 manatın X2 filialının AZ83BAZ******************** hesabına və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ərizəsində tələbini belə əsaslandırmışdır ki, Göyçay Vəkil Bürosuna təhkim olunmuş Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. 01.11.2021-ci il tarixdə onun və Cavabdeh arasında bağlanmış 181 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən müştərinin hüquqlarının məhkəmə təmsilçiliyi üçün müştəri vəkil bürosunun bank hesabına 200 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə azadlığı prinsipini rəhbər tutaraq (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsi), tərəflər qarşılıqlı olaraq xidmət haqqının hissə-hissə ödənəcəyi barədə razılığa gəldilər. Bu razılığa əsasən Cavabdeh BPM**********79 saylı 01.11.2021-ci il tarixli qəbzlə büronun bank hesabına 60 manat ödəmişdir. Həmin ödənişdən sonra tərəflər arasında dəfələrlə qalıq məbləğin ödənilməsinə dair müraciət etmiş və hər dəfəsində müştəri tərəfindən qalıq məbləğin ödəniləcəyi bildirilmişdir. Həmin yazışmalarda cari iddia ərizəsinə aid olmayan və vəkil sirrini təşkil edən məlumatlar da olduğu üçün həmin yazışmaların ekran görüntüsü iddia ərizəsinə əlavə edilməmişdir. Müştərinin müqavilə üzrə öhdəliklərini icra etməsi bir müddət gözlədikdən sonra 04.02.2022-ci il tarixdə Cavabdeh müqavilə üzrə qalıq məbləğin ödənilməsi üçün məktub vasitəsi ilə müraciət etmişdir. Həmin müraciətdə müştəridən qalıq məbləöi 1 həftə ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi vasitələrdən istifadə ediləcəyi xəbərdar edilmişdir. Məktubda müştəriyə izah olunmuşdur ki, vəkilə ödənilən qonorardan müvafiq dövlət tutulmaları həyata keçirilir və qonorarın ödənilməməsi özlüyündə həm də vergidən yayınma faktını da yaratmış olur. Bundan başqa ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 01.11.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən cavabdehin hüquqlarının məhkəmə təmsilçiliyi üçün cavabdeh vəkil bürosunun bank hesabına 200 manat məbləğində pulu ödəməyi öhdəsinə götürməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş BPM**********79 saylı 01.11.2021-ci il tarixli qəbzdən görünür ki, Əliyev X1 Rayon Vəkil Bürosunun hesabına 60 manat məbləğində xidmət haqqı ödəmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi yardımın göstərilməsi barədə 01.11.2021-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, hüquqi yardıma görə xidmət haqqını tam iddiaçıya ödəməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hüquqi yardıma görə xidmət haqqını cavabdehdən tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh 140 manat hüquqi yardıma görə xidmət haqqı Göyçay Rayon Vəkil Bürosunun hesabına köçürülməli, 30 manat dövlət rüsumu tutularaq İddiaçı qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 140 manat hüquqi yardıma görə xidmət haqqı Göyçay Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar