Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-985/2022 01.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Ərizəçi mirasın qəbul etmə faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum əri X1 miras qalmış İsmayıllı rayon Lahıc kəndində yerləşən 36.8 kv.m olan fərdi yaşayış evinin miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə əladə edilmiş Maraqlı şəxs Ərizəçi ünvanlanmış 06.07.2021-ci il tarixli imtina məktubundan görünür ki, X1 miras qalmış İsmayıllı rayon Lahıc kəndində yerləşən fərdi yaşayış evinə dair mirasdan, miras şəriyi X2 arasında həmin mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar vardır. Buna görə də Göyçay rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. İşin faktiki hallarından görünür ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi bağlı məhkəməyə ərizə ilə müraciət etmiş, lakin məhkəmə araşdırması zamanı hüquq haqqında mübahisə yarandığı aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Ərizəçi mirasın qəbul etmə faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-985/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-985/2022
01.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver