Məhkəmə qərarları › İş №2(047)-179/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-179/2025

02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-179/2025 02.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (bundan sonra mətndə ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1977-ci il tarixdən 1992-ci ilin may ayının 18nə kimi Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1957-ci il tarixdə Laçın rayonunun Hoçaz kəndində anadan olmuş, xx.xx.1977-ci il tarixdən 1992-ci ilin may ayının 18-nə kimi Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illəri təsdiq edən əmək kitabçası və kombinatın bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa onun yaşa görə əmək pensiyası təyin edilməsi üçün etdiyi müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Kombinatda işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edirlər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizədə xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyini iddia edir. Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal olunması səbəbi ilə Ərizəçi xx.xx.1977-ci ii tarixdən 1992-ci ilin may ayının 18-nə kimi Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi kimi işlədiyini təsdiq edən arxiv sənədləri barədə heç bir sənədin arxivdə saxlanılmadığını bildirmişdir. Beləliklə, ərizəçinin sözügedən vəzifələrdə işlədiyini göstərən hər hansı bir arxiv sənədi quruma təqdim olunmadığı üçün Dağlıq Qarabağ və ətraf rayonlarının (o cümlədən Laçın rayonunun) vaxtilə işğal olunması səbəbi ilə iş stajının yerində yoxlanılması mümkün olmamışdır. İş stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalıdır. Şahidlər ərizəçini birgə işdən tanımalı, eyni dövrdə işləməli, ərizəçidən fərqli olaraq iddia olunan müddətlər ərzində özlərinin işləmələri barədə sənədləri olmalıdır. Odur ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, xx.xx.1970-ci ildən xx.xx.1972-ci il tarixə kimi və xx.xx.1974-cü il tarixdən xx.xx.1992-ci il tarixə kimi Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdir. Ərizəçi onun həmyerlisidir və ərizəçi həqiqətən də xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, o, 1976-cı ilin fevral ayından 1992-ci ilin iyun ayına kimi Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdir. Ərizəçi onun həmyerlisidir və ərizəçi həqiqətən də xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, o, xx.xx.1967-ci ildən xx.xx.1992-ci ilə kimi Laçın rayon Məişət Cihazlarının Təmiri Emalatxanasında televizor ustası işləmişdir. Ərizəçi onun həmyerlisidir. Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında Laçın rayon Məişət Cihazlarının Təmiri Emalatxanasının işçiləri üçün bir neçə otaq verilmiş, onun otağı isə Ərizəçi otağı ilə yanyana olmuş və ərizəçi həqiqətən də xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdır. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan X2, X5 və X7 tərəfindən tərtib edilmiş və Laçın Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdır. İşdə olan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Qarabağ regional DOST Mərkəzindən daxil olmuş ərizəyə və ona əiavə edilmiş sənədlərə Maraqlı şəxsnda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az omayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 ii sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyın edilərkən onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün hesablanır. Təkrar müraciətlə əlaqədar olaraq bildirirlər ki, təqdim edilən sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən yalnız xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il iarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla cəmi sığorta stajınız 1 il 11 ay 17 gün təşkil edir. Eyni zamanda bildirirlər ki, təqdim edilən Laçın rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arayışının surətində qeyd olunmuş Laçın rayonu Hocaz kənd klubunun 1974-1975-ci illər və Laçın rayon Məişət Kombinatının 1977-1992-ci illər üzrə arxiv sənədləri işğal ərazisində qaldığından sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Odur ki, qeyd edilənlərlə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etirazının məzmunundan görünür ki, icraatda olan 2(047)-179/2025 saylı iş üzrə ərizə təmin edilməməlidir. Belə ki, Ərizəçi iddia etdiyi dövrləri onunla birgə eyni illərdə işləmiş və əmək kitabçası olan şahidlər təsdiq edə bilər. Yəni şahid qismində cəlb olunmuş şəxslərin işləmələri barədə sənədləri olmalıdır. Bundan başqa iş üzrə şahidlərdən, yəni X1, Ərizəçi ilə eyni müəssisədə işləməsinə dair əmək kitabçası mövcud deyildir. Digər şahid X7 isə başqa müəssisədə işləmişdir. Qeyd edilənlərə əsasən də Ərizəçi 2(047)-179/2025 nömrəli iş üzrə ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İşdə olan Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Laçın rayonu Əhaliyə Məişət Xidməti Kominatının 1992-ci ilin may ayınadək olan fəaliyyətinə dair arxiv sənədləri 1992-ci ilin may ayında Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə əlaqədar işğal zonasında qalmışdır. İşdə olan ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, şahid Nizami Dadaşov 1976-cı ilin fevral ayından 1992-ci ilin iyun ayına kimi Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdir işləmişdir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, şahid X7 xx.xx.1967-ci ildən xx.xx.1992-ci ilə kimi Laçın rayonu Məişət Cihazlarının Təmiri Emalatxanasında televizor ustası işləmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016cı il tarixli qətnaməsinin surətindən görünür ki, şahid X2 xx.xx.1970-ci ildən xx.xx.1972-ci il tarixə kimi və xx.xx.1974-cü il tarixdən xx.xx.1992-ci il tarixə kimi Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdir. İşdə olan hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edildi ki, ərizəçinin Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dərzi işləməsi ərizəçi ilə birlikdə həmin kombinatda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatı 1992-ci ilədək fəaliyyət göstərmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsinin nəzərə alınmaması və Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM–nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–nin 309.1-ci maddəsində göstərir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM–nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə 3.4-cü bədində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qaçqın və ya köçkünlərin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüquqlarına təminat verir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 sentyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndində da qeyd edilir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar