Məhkəmə qərarları › İş №2(047)-233/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-233/2023

11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-233/2023 11.04.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (bundan sonra mətndə ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) adına sovxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, XX.XX.1958-ci ildə Laçın rayon Leninkənd kəndində anadan olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon Qarakeçdi kəndi ərazisində yaradılmış “Lenin” adına sovxozda fəhlə işləmişdir. Laçın rayonu 18 may 1992-ci ildə erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra Ağcabədi rayon Taxta körpü ərazisində Qarakeçdi obasında məskunlaşmış, lakin Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) adına sovxozda fəhlə işlədiyi illəri təsdiq edən əmək kitabçası və sovxozun bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) adına sovxozda işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa onun yaşa görə əmək pensiyası təyin edilməsi üçün etdiyi müraciətinə Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) adına sovxozda fəhlə işlədiyi illəri təsdiq edən sənədlərin olmaması səbəbindən ona yaşa görə əmək pensiyası deyil, yaşa görə sosial müavinət təyin edilmişdir. Sovxozda işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) adına sovxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş, habelə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, 01 oktyabr 1970-ci ildən 25 mart 1973-cü ilə və 04 iyul 1975-cı ildən 31 dekabr 1999-cu ilə kimi Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) adına sovxozda fəhlə işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) adına sovxozda fəhlə işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, o, xx.xx.1967-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Rəsulzadə) adına sovxozda sahə həkimi işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) adına sovxozda fəhlə işləmişdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Laçın Rayon İcra Hakimiyyəti başçısının Taxta körpü qəsəbəsi üzrə icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 16 saylı arayışından və vəsiqələrin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür və hal-hazırda Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbə ev 205-də yaşayır. İşdə olan X1, X2 və X4 tərəfindən tərtib edilmiş və Laçın Rayon İcra Hakimiyyəti başçısının Taxta körpü köçkün qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) sovxozunda fasiləsiz olaraq işləmişdir. İşdə olan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş Ərizəçi ərizəsinə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci ii tarixinədək qüvvədə olan tələblərinə əsasən müvafiq pensiya yaş yəddinə çatmış şəxslərin azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eiəcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən siğortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2013-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü İldən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məlumat üçün bildirirlər ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı ii tarixindən sonra fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə ‘Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktiara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndin tələblərinə uyğun olaraq bildirirlər ki, şahid ifadələri üzrə protokolda göstərilən müvafiq dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirirlər ki, hüququnuz olmadığı halda sizə xx.xx.1993-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Nəticədə xx.xx.1993-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək pensiyası üzrə ödənilmiş məbləğ artıq ödənilmiş vəsait hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq, qanunla nəzərdə tutulan 12 il sığorta stajınız və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitaİı qeydə alınmadığı üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yasa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirirlər ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu Ərizəçi izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-60593/2023 nömrəli etirazın məzmunundan görünür ki, icraatda olan 2(047)-233/2023 saylı iş üzrə ərizə təmin edilməməlidir. Belə ki, Ərizəçi iddia etdiyi dövrləri onunla birgə eyni illərdə işləmiş və əmək kitabçası olan şahidlər təsdiq edə bilər. Yəni şahid qismində cəlb olunmuş şəxslərin işləmələri barədə sənədləri olmalıdır. Bu məqama digər tərəfdən yanaşdıqda həmin dövrdə, eyni sovxozda işləmiş şahidlərin müvafiq sənədləri mövcuddursa, Ərizəçi hər hansı sənədinin olmaması mümkünsüzdür. Qeyd edilənlərə əsasən də Ərizəçi 2(047)- 233/2023 nömrəli iş üzrə ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İşdə olan Laçın rayon Aqrar İslahat Komissiyasının işçi qrupunun xx.xx.2023-cü il tarixli məktubundan və Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 08 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Laçın rayonunun “M.Ə.Rəsulzadə” adına (əvvəlki adı “Lenin”) sovxozunun 1992-ci ilin may ayınadək olan fəaliyyətinə dair sənədləri 1992-ci ilin may ayında Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı olaraq həmin sovxozun Laçın rayonunun Qarakeçdi kəndindəki idarə binasında qalmışdır. Laçın rayonunun “Lenin” adına sovxozunun adı 1992-ci ildə dəyişdirilərək “M.Ə.Rəsulzadə” adına sovxoz adlandırılmışdır. Əlavə olaraq bildirirlər ki, Laçın rayonunun "M.Ə.Rəsulzadə” adına sovxozunda 1999-cu ilin dekabr ayında aqrar islahat aparıldığına görə həmin sovxozun fəaliyyəti 2000-ci ilin yanvar ayından dayandırılmışdır. Həmin sovxozun 1992-1999-cu illərdəki fəaliyyətinə dair sənədləri sovxozun Yerli Aqrar islahatı Komissiyasında saxlanılmış, lakin hazırda həmin sənədlərin harada saxlanılması barədə məlumat yoxdur. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X1 xx.xx.1967-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Rəsulzadə) adına sovxozda sahə həkimi vəzifəsində işləmişdir. İşdə olan Laçın Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(047)-468/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, şahid X2 01 oktyabr 1970-ci ildən 25 mart 1973-cü ilə və 04 iyul 1975-cı ildən 31 dekabr 1999-cu ilə kimi Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Rəsulzadə) adına sovxozda fəhlə işləmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, Laçın Rayon İcra Hakimiyyəti başçısının Taxta körpü köçkün qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən şahid X4 xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Rəsulzadə) adına sovxozda müxtəlif vəzifələrdə işləmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edildi ki, ərizəçinin Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Rəsulzadə) adına sovxozda xx.xx.1975ci il tarixdən xx.xx.1992-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin sovxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Rəsulzadə) adına sovxoz 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin sovxoz ləğv edilmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Rəsulzadə) adına sovxozda fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Rəsulzadə) adına sovxozda fəhlə işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilərək ona xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilməsi və Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Rəsulzadə) adına sovxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM–nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–nin 309.1-ci maddəsində göstərir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM–nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə 3.4-cü bədində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qaçqın və ya köçkünlərin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüquqlarına təminat verir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 sentyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndində da qeyd edilir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) adına sovxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş “Lenin” (sonrakı M.Ə.Rəsulzadə) adına sovxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar