Məhkəmə qərarları › İş №2(047)-347/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-347/2023

05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-347/2023 05.06.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs rəis əvəzi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim edərək xx.xx.1982-ci il tarixdə Laçın rayon VVADQ şöbəsində doğumunun qeyd edilməsi, xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində doğulması, atasının X2, milliyyətinin azərbaycanlı, anasının X4 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində anadan olmuş, onun atası X2, anası isə X4 olmuş, uşaqlıq illərini Laçın rayonu Minkənd kəndində keçirmiş və orada qeydiyyatda olmaqla həmin kənddə orta məktəbə getmişdir. O, hal-hazırda ailəlidir, həyat yoldaşı ilə aralarında xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeyd edilmiş və onların rəsmi nikahlarından üç övladları anadan olmuşdur. Həmin nikah şəhadətnaməsində də onun xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində anadan olduğu qeyd edilmişdir. Bundan başqa o, uşaqlarına məcburi köçkün vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə müraciət etmiş, oradan ona doğum haqqında şəhadətnaməsinin lazım olduğunu bildirmişlər. Lakin onun doğum haqqında şəhadətnaməsi itdiyinə görə həmin şəhadətnaməni təkrar əldə etmək mümkün olmamışdır. Bundan əlavə doğum haqqında şəhadətnaməsinin olmaması onun bir vətəndaş kimi hüquqlarının həyata keçirilməsinə də maneçilik törədir. Ona görə də o, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ona müvafiq şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi, xx.xx.1982-ci il tarixdə Laçın rayon VVADQ şöbəsində doğumunun qeyd edilməsi, xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində doğulmağının, milliyyətinin azərbaycanlı, atasının X2, anasının X4 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs rəis əvəzi Nümayəndə məhkəməyə verdiyi izahatında göstərmişdir ki, ərizənin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul edir. Belə ki, şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən Ərizəçi həqiqətən də xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində anadan olmuş, lakin onun doğum haqqında akt qeydi aşakar edilmədiyi üçün “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəçiyə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd edilənlərə əsasən o, ərizəçinin tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı oğludur. Ərizəçi həqiqətən də xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində anadan olmuş, onun anası X4, atası isə X1r. Onda olan məlumata görə Ərizəçi doğum haqqında şəhadətnaməsi itmiş, lakin ərizəçinin şəxsiyyət vəsiqəsi olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X13 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısı oğludur. Ərizəçi həqiqətən də xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində anadan olmuş, onun anası X4, atası isə X1r. Onda olan məlumata görə Ərizəçi doğum haqqında şəhadətnaməsi itmiş, lakin ərizəçinin şəxsiyyət vəsiqəsi olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş 2 saylı Abşeron rayon MİKS tərəfindən verilmiş 232 saylı xx.xx.2022-ci il tarixli arayışdan və vəsiqədən görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkün kimi Abşeron rayonu St Sumqayıt bina 22 mənzil 32-də müvəqqəti yaşayır. İş materillarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində anadan olmuş və Laçın rayon Minkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində Ərizəçi doğum haqqında akt qeydi aşkar olunmamış və ona görə də ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə X15 xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1982-ci il, doğulduğu yer isə Laçın rayonu Minkənd kəndi kimi qeyd edilmişdir. İş materiallarında olan üç ədəd doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə Ərizəçi ilə X6 birgə nikahlarından X5, X9 və X10 adlı üç uşağı anadan olmuş, həmin şəhadətnamələrdə uşaqların milliyyətləri azərbaycanlı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X3, X13 və X16 tərəfindən tərtib edilmiş və Laçın rayon Minkənd kənd icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023cü il tarixli aktın məzmunundan görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində anadan olmuşdur. İşdə olan Laçın rayon dövlət arxivi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 15 saylı arxiv arayışından və Laçın rayon İHB-nin Minkənd kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Laçın rayon Minkənd kənd ərazi nümayəndəliyinin 2001-2005-ci illəri əhatə edən 2 nömrəli təsərrüfatbaşına uçot kitabının 58-ci səhfəsində Ərizəçi daimi qeydiyyatda olduğu və xx.xx.1982-ci ildə doğulduğu qeyd olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi atası X2 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində anadan olması, ərizəçinin şəxsiyyət vəsiqəsi alması, 1992-ci il tarixdə məcburi köçkün kimi Laçın rayonundan gələrək Abşeron rayonunda məskunlaşması, Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin itməsi və doğum haqqında akt qeydinin aşkar olunmaması, hal-hazırda Ərizəçi doğum haqqında şəhadətnaməsinin olmaması səbəbinə görə onun tərəfindən müvafiq sənədləşmənin aparıla bilməməsi müəyyən edildi. Eyni zamanda, ərizəçinin hüquq müəyyənedici sənədləri olan şəxsiyyət vəsiqəsində, nikahın bağlanması haqqında şəhadətnaməsində, həmçinin Laçın rayon dövlət arxivi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 15 saylı arxiv arayışında, bundan əlavə Laçın rayon İHB-nin Minkənd kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda da ərizəçinin həqiqətən də xx.xx.1982-ci il tarixdə Laçın rayon Miknənd kəndində anadan olması təsdiq olunur. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itmiş sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində doğumunun qeyd edilməsi faktı müəyyən olunmalı, Ərizəçi doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1982-ci il, soyadı Qədimalıyev, adı Sarvan, ata adı Səbuhi oğlu, doğum yeri Laçın rayon Minkənd kəndi, atası X2, anası X4, milliyyəti azərbaycanlı kimi qeyd edilməli və qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 308-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1982-ci il tarixdə Laçın rayon Minkənd kəndində doğumunun qeyd edilməsi faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1982-ci il, soyadı Qədimalıyev, adı Sarvan, ata adı Səbuhi oğlu, doğum yeri Laçın rayon Minkənd kəndi, atası X2, anası X4 və milliyyəti azərbaycanlı kimi qeyd edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar