Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-420/2023 04.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinin tələblərinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15,4-cü maddəsinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icratı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyəti üzrə göndərilməsi Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Azərbaycan Respublikası MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icratı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikasının MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarından göründüyü kimi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iş materiallarını nəzərdən keçirən zaman belə müəyyən olunur ki, ərizəçi həmin hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sənədi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından müvafiq qaydada almışdır. Ona görə də məhkəmə ərizəçiyə izah edir ki, o, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə Laçın Rayon Məhkəməsinə deyil, iş üzrə cavabdeh kimi göstərilməli olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna qarşı iddia ərizəsi ilə müvafiq qaydada inzibati məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülməli olan iddia tələbi mübahisələndirmə (və yaxud məcburetmə) haqqında iddia tələbi olmaqla cavabdeh kimi göstərilməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumu “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarının tələblərinə əsasən inzibati orqan kimi təsnif olunduğundan həmin iddialara da mülki məhkəmə icraatı qaydasında Laçın Rayon Məhkəməsi tərəfindən deyil, inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin maddənin digər bəndlərində qeyd edilir ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hesab edirəm ki, hazırkı iddia tələbinə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 4-cü bəndinə, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2ci maddələrinə əsasən müvafiq İnzibati Məhkəmədə baxılmalıdır. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə ümumi qaydada hazırki mübahisə ilə bağlı müvafiq iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə iddia verməsi hüquqlarının olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə ümumi qaydada hazırki mübahisə ilə bağlı müvafiq iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə iddia verməsi hüquqları izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-420/2023
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-420/2023
04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver