Məhkəmə qərarları › İş №2(047)-457/2024

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-457/2024

30.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-457/2024 30.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Əliyeva (Vəliyeva) Türkan Əli qızının Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinə və Laçın Rayon İcra Hakimiyyətinə qarşı evdən çıxarılma və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Əliyeva (Vəliyeva) Türkan Əli qızı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinə və Laçın Rayon İcra Hakimiyyətinə qarşı evdən çıxarılma və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Əliyeva (Vəliyeva) Türkan Əli qızı məhkəməyə ərizə göndərərək qeyd etmişlər ki, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinə və Laçın Rayon İcra Hakimiyyətinə qarşı evdən çıxarılma və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hal-hazırda iddia ərizəsinin məhkəmədən geri qaytarılması zərurəti yaranmışdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1ci maddəsinə əsasən iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edirlər. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Əliyeva (Vəliyeva) Türkan Əli qızı məhkəmə hazırlıq iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş və digər proses iştirakçıları isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların məhkəməyə müraciətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə İddiaçı1, İddiaçı2, İddiaçı3 və Əliyeva (Vəliyeva) Türkan Əli qızının Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinə və Laçın Rayon İcra Hakimiyyətinə qarşı evdən çıxarılma və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçılara geri qaytarılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı1, İddiaçı2, İddiaçı3 və Əliyeva (Vəliyeva) Türkan Əli qızının Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinə və Laçın Rayon İcra Hakimiyyətinə qarşı evdən çıxarılma və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar