Məhkəmə qərarları › İş №2(047)-505/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-505/2023

01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-505/2023 01.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (bundan sonra mətndə ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Laçın rayon Ağbulaq kolxozunda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair rəsmi ərizəsini məhkəməyə təqdim edərək xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməyimlə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1954-cü ildə Laçın rayon Ağbulaq kəndində anadan olmuş, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdir. Laçın rayonu 18 may 1992-ci ildə erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra Ağcabədi rayon Taxta körpü ərazisində Ağbulaq obasında məskunlaşmış, lakin Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işlədiyi illəri təsdiq edən əmək kitabçası, kolxozun və sovxozun bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Hazırda pensiyaçıdır və ona əmək pensiyası təyin edilən zaman qeyd edilən illərin nəzərə alınması üçün etdiyi müraciətinə Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Maraqlı şəxsnda baxılmış, lakin Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Həmin kolxozda (sovxozda) işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1971-ci il tarixdən xx.xx.1973cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş, habelə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, 1966-ci ildən 1977-ci ilə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) kolxozçu işləmişdir. Ərizəçi onun həmyerlisidir və ərizəçi həqiqətən də xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, o, 1967- 1992-ci illər ərzində Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) zootexnik işləmişdir. Ərizəçi onun həmyerlisidir və ərizəçi həqiqətən də xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, o, xx.xx.1956-cı ildən xx.xx.1989-cu il tarixə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə və sağıcı işləmişdir. Ərizəçi onun həmyerlisidir və ərizəçi həqiqətən də xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan X2, X1 və X3 tərəfindən tərtib edilmiş və Laçın Rayon İcra Hakimiyyəti başçısının Ağbulaq kənd üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdir. İşdə olan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2023-cü il tarixində daxil olmuş müraciətlərinizə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci və 34-cü maddələrinin tələblərinə əsasən sizə xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət və xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 2 ay sığorta stajınız və 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 13.413,60 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən (artıqödəmənin müəyyən edildiyi xx.xx.2022-ci il tarixli qərardan 3 il əvvələ) 245,57 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 286,34 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrəqazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunan maddənin tələblərinə əsasən bildirirlər ki, xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 4.670,64 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 328,43 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 365,87 manata, 01.01,2022-ci il tarixindən 378,31 manata çatdırılmışdır. Həmin Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 394,97 manat müəyyən edilib, Qanunun 29.1-ci maddəsinə əsasən həmin tarixdən indeksləşdirilərək 453,03 manata çatdırılıb. Əlavə oiaraq bildirirlər ki, əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilərkən əmək pensiyanızın məbləği Qanunun 10.2-ci maddəsinə əsasən hesablanmalı olduğu halda, (PSK/T) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünərək əlilliyə görə əmək pensiyanızın məbləğinin üzərinə (ƏG+PSK/T) əlavə edilmişdir. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2019-cu il tarixindən (artıqödəmənin müəyyən edildiyi xx.xx.2022-ci il tarixli qərardan 3 il əvvələ) xx.xx.2022-ci il tarixinədək artıqödəmə müəyyən edilib. Məlumat üçün bildirirlər ki, Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli № 44 saylı arxiv arayışına əsasən Laçın rayonunun işğal olunması ilə əlaqədar “Ağbulaq” (Qələbə) kolxozunda 1971-ci il tarixindən 1977-ci il tarixinədək olan dövrə aid arxiv sənədləri işğal ərazisində qalıb. Eyni zamanda bildirirlər ki, xx.xx.1971 -ci il tarixindən xx.xx.1973-cü il tarixinədək və xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək olan dövr şahidçilik əsasında yazılıb. Qeyd olunanları nəzərə alaraq sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu Ərizəçi izah edilmişdir. İşdə olan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etirazın məzmunundan görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Laçın rayon Ağbulaq kolxozunda fəhlə işlədiyi illər üzrə dövrləri təsdiq edən arayışlar Mərkəzi Filiala təqdim olunmadığı üçün və Laçın rayonunun vaxtilə işğal olunması səbəbilə iş stajının yerində yoxlanılması qanunvericiliklə mümkün hesab edilməmişdir. Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Laçın rayon Ağbulaq kolxozunda fəhlə işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. Odur ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İşdə olan Ərizəçi məxsus xx.xx.1973-cü il tarixli hərbi biletin surətindən görünür ki, Ərizəçi 27 may 1973-cü ildən 11 may 1975-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Laçın rayon Aqrar İslahat Komissiyasının işçi qrupunun xx.xx.2023-cü il tarixli məktubundan və Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 45 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Laçın rayonunun Ağbulaq kəndi üzrə “Qələbə” kolxozu 1966-cı ildə “Lenin” adına sovxozdan ayrılmış, 1976-cı ildə yenidən “Lenin” adına sovxoz ilə birləşərək “Lenin” adına sovxoz adlandırılmış, 1981-ci ildə isə “Lenin” adına sovxozdan ayrılaraq, yenidən “Qələbə” adına sovxoz adlandırılmışdır. Sonradan “Ağbulaq” kolxozu isə 1989-cu ildə “Qələbə” adına kolxozdan ayrılaraq fəaliyyət göstərmişdir. Həmin sovxoz və kolxozların 1966-cı ildən 1992-ci ilin may ayınadək olan fəaliyyətinə dair sənədləri 1992-ci ilin may ayında Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı olaraq həmin təsərrüfatların müvafiq olaraq Laçın rayonunun Qarakeçdi, Şeylanlı və Ağbulaq kəndlərindəki idarə binasında qalmışdır. Əlavə olaraq bildirirlər ki, Laçın rayonunun “Ağbulaq” kolxozunda 1999-cu ilin dekabr ayında aqrar islahat aparıldığına görə həmin kolxozun fəaliyyəti 2000-ci ilin yanvar ayından dayandırılmışdır. Həmin kolxozun 1992-1999-cu illərdəki fəaliyyətinə dair sənədləri kolxozun Yerli Aqrar islahatı Komissiyasında saxlanılmış, lakin hazırda həmin sənədlərin harada saxlanılması barədə məlumat yoxdur. İşdə olan 354 nömrəli xx.xx.1967-ci il tarixli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X2 1966-cı ildən xx.xx.1976-cı ilə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) kolxozçu işləmişdir. İşdə olan Laçın Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(047)-20/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, şahid X1 1967-1992-ci illər ərzində Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) zootexnik işləmişdir. İşdə olan ******* nömrəli xx.xx.1956-cı il tarixli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X3 xx.xx.1956-cı ildən xx.xx.1989-cu il tarixə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə və sağıcı işləmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edildi ki, ərizəçinin xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin sovxozda və kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayon Qələbə (Lenin və Ağbulaq) adına kolxoz (sovxoz) 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq əmək pensiyasının təyin edilməsi və Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM–nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–nin 309.1-ci maddəsində göstərir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM–nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə 3.4-cü bədində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qaçqın və ya köçkünlərin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüquqlarına təminat verir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 sentyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndində da qeyd edilir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar