Məhkəmə qərarları › İş №2(047)-510/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-510/2023

20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-510/2023 20.09.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (bundan sonra mətndə ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci ilə kimi Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində müəllim işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1955-ci ildə Laçın rayon Leninkənd kəndində anadan olmuş, 1971-ci ildə X1 daxil olaraq xx.xx.1975-ci il tarixdə həmin institutu tarix ixtisası üzrə bitirmişdir. O, xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində tarix müəllimi işləmişdir. Laçın rayonu 18 may 1992-ci ildə erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra Ağcabədi rayon Taxta körpü ərazisində Qarakeçdi obasında məskunlaşmış, lakin Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində müəllim işlədiyi illəri təsdiq edən əmək kitabçası və məktəbin bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa onun yaşa görə əmək pensiyası təyin edilməsi üçün etdiyi müraciətinə Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Maraqlı şəxsnda baxılmış, lakin Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində müəllim işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Məktəbdə işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi, onun xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində müəllim işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş, habelə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, o, 16 avqust 1973-cü ildən 14 iyun 2017-ci ilə kimi Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində fizika müəllimi işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində tarix müəllimi işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində kimya müəllimi, xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilə kimi Laçın rayon İnçalan kənd orta məktəbinində direktor və xx.xx.2004-cü ildən xx.xx.2018-ci ilə kimi Laçın rayon Sonasar kənd əsas məktəbində kimya-biologiya müəllimi işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində tarix müəllimi işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində coğrafiya müəllimi işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində tarix müəllimi işləmişdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Laçın Rayon İcra Hakimiyyəti başçısının Qarakeçdi kənd üzrə icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından və vəsiqələrin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür və hal-hazırda Ağcabədi rayon Taxta körpü 245 saylı qəsəbədə yaşayır. İşdə olan X3, X2 və X5 tərəfindən tərtib edilmiş və Laçın Rayon İcra Hakimiyyəti başçısının Qarakeçdi kənd üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində müəllim işləmişdir. İşdə olan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/12V- 79110/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş Ərizəçi ərizəsinə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə əsasən ona xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 398,64 manata çatdırılmışdır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Müraciətlə əlaqədar olaraq bildirirlər ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 16.264,80 manat və Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 1.195,92 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış və pensiyanızın məbləğində (398,64 manat) dəyişiklik olmamışdır. Bildirirlər ki, təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 14 il 3 ay 27 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Eyni zamanda bildiririk ki, təqdim etdiyiniz əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1975-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən Laçın rayonunun işğal olunması ilə əlaqədar Laçın rayon Təhsil şöbəsində xx.xx.1975-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyətiniz haqqında məlumat aşkarlanmayıb. Eyni zamanda Laçın rayon Təhsil şöbəsinin 1992-ci il tarixindən 1995-ci il tarixinədək olan uçot vərəqləri Laçın rayon Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəblə sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildirirlər ki, yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Ona görə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu Ərizəçi izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-157794/2023 nömrəli etirazın məzmunundan görünür ki, icraatda olan 2(047)-510/2023 saylı iş üzrə ərizə təmin edilməməlidir. Belə ki, Ərizəçi iddia etdiyi dövrləri onunla birgə eyni illərdə işləmiş və əmək kitabçası olan şahidlər təsdiq edə bilər. Yəni şahid qismində cəlb olunmuş şəxslərin işləmələri barədə sənədləri olmalıdır. Qeyd edilənlərə əsasən də Ərizəçi 2(047)-510/2023 nömrəli iş üzrə ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İşdə olan B-İ 000998 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1971-ci ildə H.Zərdabi adına X4 İnstitutunun tarix fakultəsinə daxil olmuş və xx.xx.1975-ci ildə həmin institutu ixtisası üzrə bitirmişdir. İşdə olan Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbinin 1975-1992-ci ilin may ayının 18-nə qədər olan arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğalda qalmışdır. İşdə olan Ərizəçi hərbi biletinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi hərbi xidmətdə olmamışdır. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X3 16 avqust 1973-cü ildən 14 iyun 2017-ci ilə kimi Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində fizika müəllimi işləmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X2 xx.xx.1971-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində kimya müəllimi, xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilə kimi Laçın rayon İnçalan kənd orta məktəbinində direktor və xx.xx.2004-cü ildən xx.xx.2018-ci ilə kimi Laçın rayon Sonasar kənd əsas məktəbində kimya-biologiya müəllimi işləmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X5 xx.xx.1976-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində coğrafiya müəllimi işləmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edildi ki, ərizəçinin Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək tarix müəllimi işləməsi ərizəçi ilə birlikdə həmin məktəbdə işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbi hal-hazıradək fəaliyyət göstərir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1975ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində tarix müəllimi işləməsi, həmin illərin əmək pensiyasına hesablanması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində tarix müəllimi işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində tarix müəllimi işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM–nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–nin 309.1-ci maddəsində göstərir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM–nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə 3.4-cü bədində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qaçqın və ya köçkünlərin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüquqlarına təminat verir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 sentyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndində da qeyd edilir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində müəllim işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon keçmiş Leninkənd (sonrakı Qarakeçdi) kənd tam orta məktəbində müəllim işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar