Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-634/2024 06.06.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Frunze Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, xx.xx.1982-ci il təvəllüdlü Azərbaycan Respublikası, Tərtər rayonunda anadan olmuş Cavabdeh və xx.xx.1993-cü il təvəllüdlü Azərbaycan Respublikasında anadan olmuş İddiaçı arasında xx.xx.2019-cu il tarixdə Sankt-Peterburq hökumətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri üzrə komitəsinin 2 nömrəli şadlıq sarayında **********02000094000 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan uşaqlarının ataları-Cavabdeh himayəsində saxlanılması qət edilmiş və həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarından göründüyü kimi artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Frunze Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsinə yenidən Laçın Rayon Məhkəməsində baxılması mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-in 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası MPM-in 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsinə yenidən baxılması mümkün olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ərizəni qəbul etməkdən imtina edilməsinin iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunsun, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəni qəbul etməkdən imtina edilməsinin iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğu izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-634/2024
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-634/2024
06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver