Məhkəmə qərarları › İş №2(047)-707/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-707/2024

03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-707/2024 03.09.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (bundan sonra mətndə ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayına kimi Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1963-cü il tarixdə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olmuş, xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayınadək “D.Bünyadzadə” adına kolxozda fəhlə işləmişdir. Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illəri təsdiq edən əmək kitabçası və kolxozun bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayına kimi Laçın rayon «D.Bünyadzadə” adına kolxozda işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Bundan başqa onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün etdiyi müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılmış, lakin Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Kolxozda işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edirlər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayına kimi Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizədə xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayınadək Laçın rayonu “D. Bünyadzadə” adna kolxozda fəhlə işlədiyini iddia edir. Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal olunması səbəbi ilə Ərizəçi xx.xx.1984-cü ii tarixdən 1992-ci ilin may ayınadək Laçın rayonu “D. Bünyadzadə” adına kolxozda fəhlə kimi işlədiyini təsdiq edən arxiv sənədləri barədə heç bir sənədin arxivdə saxlanılmadığını bildirmişdir. Beləliklə, ərizəçinin sözügedən vəzifələrdə işlədiyini göstərən hər hansı bir arxiv sənədi quruma təqdim olunmadığı üçün Dağlıq Qarabağ və ətraf rayonlarının (o cümlədən Laçın rayonunun) vaxtilə işğal olunması səbəbi ilə iş stajının yerində yoxlanılması mümkün olmamışdır. İş stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalıdır. Şahidlər ərizəçini birgə işdən tanımalı, eyni dövrdə işləməli, ərizəçidən fərqli olaraq iddia olunan müddətlər ərzində özlərinin işləmələri barədə sənədləri olmalıdır. Odur ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, o, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi Laçın rayon «D.Bünyadzadə” adına kolxozda çilingər, xx.xx.1987-ci ildən xx.xx.1999-cu ilə kimi sürücü işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə kimi isə baş aqranom işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, o, xx.xx.1970-ci ildən xx.xx.1973-cü ilə kimi və xx.xx.1976-cı ildən xx.xx.1999-cu kimi Laçın rayon “Dadaş Bünyadzadə” adına kolxozda çoban işləmişdir. Ərizəçi onun həmkəndlisidir və ərizəçi həqiqətən də xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləmişdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Laçın Rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kəndi üzrə icra nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından və vəsiqələrin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür və hal-hazırda Abşeron rayonu Masazır qəsəbəsində yaşayır. İşdə olan X3, X2 və X1 tərəfindən tərtib edilmiş və Laçın Rayon İcra Hakimiyyəti başçısının Təzəkənd kəndi üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktın məzmunundan görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdən 1992-ci ilin may ayına kimi Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləmişdir. İşdə olan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 may 2024-cü il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, sizə 15 iyul 2023-cü il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1 -ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi döviət sosiai sığorta haqlarının ödənilməsi şertilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə 1984-1992-ci illər arasındakı dövr ərzində iş stajınızı təsdiq edən hər hansı məlumat mövcud deyil. Bu səbəbdən həmin müddəti iş stajınıza daxil edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanızın müraciətinizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etirazın məzmunundan görünür ki, icraatda olan 2(047)-707/2024 saylı iş üzrə ərizə təmin edilməməlidir. Belə ki, Ərizəçi iddia etdiyi dövrləri onunla birgə eyni illərdə işləmiş və əmək kitabçası olan şahidlər təsdiq edə bilər. Yəni şahid qismində cəlb olunmuş şəxslərin işləmələri barədə sənədləri olmalıdır. Bu məqama digər tərəfdən yanaşdıqda həmin dövrdə, eyni sovxozda işləmiş şahidlərin müvafiq sənədləri mövcuddursa, Ərizəçi hər hansı sənədinin olmaması mümkünsüzdür. Qeyd edilənlərə əsasən də Ərizəçi 2(047)-707/2024 nömrəli iş üzrə ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İşdə olan Laçın rayon Aqrar İslahat Komissiyasının işçi qrupunun xx.xx.2024-cü il tarixli məktubundan və Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 5-64-51-/3-2-8/2024 saylı xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Laçın rayonunun “Dadaş Bünyadzadə” adına kolxozunun 1992-ci ilin may ayınadək olan fəaliyyətinə dair sənədləri 1992-ci ilin may ayında Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı olaraq həmin kolxozun Laçın rayonunun Ərdəşəvi kəndindəki idarə binasında qalmışdır. Odur ki, Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək həmin kolxozda işləməsinə dair heç bir məlumat yoxdur. İşdə olan ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, şahid X3 xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi Laçın rayon «D.Bünyadzadə” adına kolxozda çilingər, xx.xx.1987-ci ildən xx.xx.1999-cu ilə kimi isə sürücü işləmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, şahid X2 xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə kimi isə baş aqranom vəzifəsində işləmişdir. İşdə olan Laçın Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(047)-373/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, şahid X1 xx.xx.1970-ci ildən xx.xx.1973cü ilə kimi və xx.xx.1976-cı ildən xx.xx.1999-cu kimi Laçın rayon “Dadaş Bünyadzadə” adına kolxozda çoban işləmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edildi ki, ərizəçinin Laçın rayon «D.Bünyadzadə” adına kolxozda xx.xx.1984-cü il tarixdən 1992-ci il tarixədək fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilir. Məlumdur ki, Laçın rayonu 1992-ci ilin may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilir ki, Laçın rayon «D.Bünyadzadə” adına kolxoz 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi, həmin Mərkəz tərəfindən Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq xx.xx.2023cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edildi. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM–nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–nin 309.1-ci maddəsində göstərir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM–nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə 3.4-cü bədində göstərilir ki, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qaçqın və ya köçkünlərin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüquqlarına təminat verir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 sentyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndində da qeyd edilir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “D.Bünyadzadə” adına kolxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon «Dadaş Bünyadzadə” adına kolxozda fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar