Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-843/2023 26.09.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 cavabdeh X4 qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 cavabdeh X4 qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39 və 152-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından görünür ki, iş üzrə cavabdeh X1 rayonu Qarakeçdi kəndində qeydiyyatda olduğu üçün iddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 cavabdeh X4 qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişlər. Lakin iddia ərizəsindən də göründüyü kimi tərəflər arasında Ağcabədi şəhəri, N.Nərimanov kolxozu ərzisində yerləşən torpaq sahəsi ilə bağlı mübahisə yaranmış və ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, belə olan halda qeyd edilən iddia tələbinə Laçın Rayon Məhkəməsində deyil, müstəsna aidiyyət qaydasında qeyd edilən torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsi, yəni Ağcabədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd olunan hüquq normalarını nəzərdən keçirib belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 cavabdeh X4 qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçılara müstəsna aidiyyət qaydasında qeyd edilən torpaq sahəsinin yerləşdiyi yer üzrə, yəni Ağcabədi Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 39, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 cavabdeh X4 qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, X3 və İddiaçı4 qeyd edilən iddia tələbi ilə bağlı müstəsna aidiyyət qaydasında həmin torpaq sahəsinin yerləşdiyi yer üzrə, yəni Ağcabədi Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-843/2023
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-843/2023
26.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver