Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-10/2025 21.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan torpağ sahəsinin Cavabdeh zəbtindən azad edilməsi və ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lerik Rayon Aqrar İslahat komissiysının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 5.58 ha torpağ sahəsi kənd təsərrüfat məhsulları istehsalı üçün verilmiş torpağ sahəsi Cavabdeh ntərəfindən zəbt edilmişdir. Ona görə də pozulmuş hüquqlarımın bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçənın izahatın dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş JN-0005 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Lerik Rayon Aqrar İslahat komissiysının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə İddiaçı və ailə üzüvlərinə 5.58 ha torpağ sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 10/7817 saylı ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 44 saylı qərarı asasında JN-0005 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Bilnə kəndi ərazisində yerləşən 5,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahesinin sərhədləri müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun beş hissədən ibarət 3,5 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0005 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Bilnə kəndi ərazisində yerləşən beş hissədən ibarət 5,85 ha (faktiki 3,5 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Lerik rayon X1 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə JN 0005, kod 80312028 saylı Torpağın Mülkiyyət hüququna dair Dövlət aktı ilə ona və ailə üzüvlərinə verilmiş 5.58 ha torpaq sahəsinin Cavabdeh zəbt etməsinə dair heç bir mötəbər sübüt məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə JN 0005, kod 80312028 saylı Torpağın Mülkiyyət hüququna dair Dövlət aktı ilə ona və ailə üzüvlərinə verilmiş 5.58 ha pay torpaq sahəsinin Cavabdeh alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-10/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-10/2025
21.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver