Məhkəmə qərarları › İş №2(048)-11/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-11/2025

28.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-11/2025 28.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Füzuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Həyətyanı Torpaq sahəsinindən çıxarılma, torpağın əvvəlki vəziyyətinə gətirilməsi və 3000 manat maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Həyətyanı Torpaq sahəsinindən çıxarılma, torpağın əvvəlki vəziyyətinə gətirilməsi və 3000 manat maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 42 saylı qərarı ilə üzvlərinə ona və ailə üzvlərinə verilmiş 2499.36 kv.m həyətyanı torpaq sahasını cavabdeh Lerik rayonu, Daster kənd sakini, Cavabdeh zəbtindən azad edilməsi, torpaq sahəsidə olan çoxillik meyvə ağaclarını kəsərək ailəsinə məxsus torpaq sahəsinin tən ortasından özünə qeyri qanuni olaraq maşın yolu açmaqla bununla torpaq sahəsinın münbitliyini korlayaraq ona vurulmuş 3000 manat maddi ziyanın alınması və həyətyanı torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa və ya baxılmamış saxlanılarsa məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçının Cavabdeh qarşı “Həyətyanı Torpaq sahəsinindən çıxarılma, torpağın əvvəlki vəziyyətinə gətirilməsi və 3000 manat maddi ziyan” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2022-ci il tarixli, 31653 saylı qəbz) ona geri qaytarılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar