Məhkəmə qərarları › İş №2(048)-118/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-118/2023

17.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-118/2023 17.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Cavabdeh etbarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evinə gedən yolun zəptdən azad olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən Lerik rayon Hamarmeşə kəndində yerləşən ona məxsus yaşayış evinə gedən 26 metr uzunluğunda 4 metir enində maşın yolunun zəptdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, qohumu Lerik rayon hamarmeşə kənd sakini X1 Lerik Rayon Dövlət Notariat kontorunda bağladığı 19 sentyabr 2013-cü il tarixli 4-ə-43 nömrəli Bağışlanma müqaviləsi ilə 0.035 ha həyatyanı torpaq sahəsi almışdır.DƏDRX-nin 10 saylı Ərazi İdarəsinin **********738 nömrəli Torpaq sahəsinin planı və ölçüsü, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən RX seryalı ******* saylı çıxarış həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edir.Həmin torpaq sahəsində özü üçün yaşayış evi tikmişdir.lakin evinə gedən avtomobil yolu Hamarmeşə kənd sakini Cavabdeh Əlheydər oğlu tərəfindən çəpərə alınaraq zəpt edilmişdir.O, evinə gedən maşın yolundan istifadə edə bilmir.Yolun zəptdən azad edilməsi üçün Cavabdeh Əlheydər oğlundan bir neçə dəfə xahiş etsə də heç bir nəticəsi olmamışdır.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etbarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun oğlu Ramilə şər böhtan atır.Oğlu Ramil iddiaçının evinə gedən yolu zəpt etməmişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən RX seryalı ******* saylı çıxarışından görünür ki, İddiaçı mülkiyyətinə xx.xx.2013-cü il tarixdə 0.035 ha həyatyanı torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş 18 fevral 2021-ci il tarixli 2(048)-168/2021 saylı qərardadan görünür ki, iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzi tərəfindən 06 aprel 2021-ci il tarixli 109 saylı rəyindən görünür ki, İddiaçı DƏDRX-nin 10 saylı ərazi idarəsinin **********38 reyster nömrəli torpaq sahəsinin və ölçüsü sənədinə və DƏDRX-dən RX seriyalı ******* saylı çıxarşına əsasən iddiaçının mülkiyyətində olan həyatyanı torpaq sahəsində tikilən yaşayış evinə gedən maşın yolu iddiaçıya məxsus torpaq sahəsinin planı və ölçüsü sənədinin 1:10000 miqyaslı Daşınmaz Əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışda, həmçinin ərazinin ümumi xəritəsindən İddiaçı mülkiyyətində və faktiki istifadəsində olan həyatyanı torpaq sahəsində tikilən yaşayış evinə gedən 4 metr enində maşın yolu mövcuddur. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuş vəsatətdən görünür ki, mülki iş üzrə təkrar məhkəmə torpaqşünaslı ekspertizası təyin olunması xahiş edilmişdir. Məhkəmənin 20 sentyabr 2(048)-100/2022 saylı qərardadına əsasən təkrar məhkəmətorpaşünaslıq ekspertizasıtəyin olunmuşdur. İş materiallarına olan mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planındanda görünür ki, cavabdeh həqiqətəndə iddiaçının həyətinə gedən 4 metr enində 26 metıruzunluğunda maşın yolun zəpt etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 03 fevral 2023-cü il tarixli 10/7428 saylı rəydən görünür ki, DƏDRX-nin 10 saylə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan həyatyanı torpaq sahəsində inşa edilən yaşayış evinə gedən yolu kimi iddia etdiyi torpaq sahəsinin mövcud baza məlumatlarında ümumi istifadədə olan yol kimi öz əksini tapdığı və həmin yolun iddia olunan yerdə bütövlüklə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Məhkəmə İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı həmkəndlisi X1 Lerik Rayon Dövlət Notariat kontorunda bağladığı 19 sentyabr 2013-cü il tarixli 4-ə-43 nömrəli Bağışlanma müqaviləsi ilə 0.035 ha həyatyanı torpaq sahəsi almışdır.İddiaçı sözü gedən torpaq sahəsində özü üçün fərdi yaşayış evi inşa etmişdir.İddiaçının evinə gedən avtomobil yolu cavabdeh tərəfindən zəpt olunmuşdur.İddiaçı dəfələrlə cavabdehə yolun zəptdən azad olunmasını bildirsə də cavabdeh buna məhəl qoymamışdır.İş üzrə iki dəfə cavabdehin vəsatətinə əsasən ekspertiza təyin olunmuşdur.Ekpert rəylərindəndə aydın olmuşdur ki, həqiqətəndə sözü gedən iddiaçının iddia etdiyi avtomobil yolu cavabdeh tərəfindən zəpt olunmuşdur.Məhkəmə iddiaçının pozulmuş hüquqlarının bərpası kimi belə qənaətə gəlir ki, İddiaçı həyətinə gedən avtomobil yolu zəptdən azad olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində iddiaçının mülkiyyətə verilmiş 0.035 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəpt olunduğu müəyyən olunmuşdur. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməklə Cavabdeh iddiaçı X3 evinə gedən 26 metr uzunluğunda 4 metr enində maşın yolu Cavabdeh Əlheydər oğlunun zəptindən azad edilsin. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş ekspertiza tədqiqatı və kadast yer qurluşuna ödənilmiş pulu dəyəri olan 611 (altı yüz on bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat pul Cavabdeh tutulraq İddiaçı verilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödəənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. iddiaçı X3 evinə gedən 26 metr uzunluğunda 4 metr enində maşın yolu Cavabdeh Əlheydər oğlunun zəptindən azad edilsin və həmin yol mülkiyyətçisinə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş ekspertiza tədqiqatı və kadast yer qurluşuna ödənilmiş pulu dəyəri olan 611 (altı yüz on bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat pul Cavabdeh tutulraq İddiaçı verilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar