Məhkəmə qərarları › İş №2(048)-119/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-119/2023

21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-119/2023 21.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəpt olunmuş həyatyanı torpaqının zəptdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Lerik rayon Çayrud kənd sakini Cavabdeh Nüsrət oğlu tərəfindən ona məxsus Lerik rayon Çayrud kəndində yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,o, xx xxxxxx 1966-cı il tarixdə Lerik rayon Çayrud kəndində anadan olmuşdur.Hazırda Lənkaran rayon Hirkan qəsəbəsində yaşayır.Lerik rayon Aqarar İslahat komisiyasının 21 iyul 1997-ci il tarixli 32 saylı qərarına əsasən 0.013 ha həyatyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir.Ona həmin torpaq sahəsinə JN 124F, kod 80322018 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktı təqdim olunmuşdur.Ailə vəzyəti ilə əlaqədar Lənkaran rayon Hirkan qəsəbəsində yaşadığından, həmkəndlisi cavabdeh Lerik rayon Çayrud kənd sakini Cavabdeh Nüsrət oğlu ona məxsus torpağ sahəsinin bir hissəsini zəpt etmişdir.Bu barədə dəfələrlə cavabdehə torpağın zəptdən azad olunmasını bildirsədə cavabdeh buna məhəl qoymamış, sözü gedən torpağ sahəsinin ona məxsus olmasını bildirmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılamsını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının söylədikləri yalandı o, iddiaçıya məxsus torpaq sahəsini zəpt etməmişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(048)-561/2020 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzi tərəfindən 16 avqust 2021-ci il tarixli 250 saylı ekspertiza rəyindən görünür ki,İddiaçı Lerik rayon, Çayrud kəndində yerləşən, mülkiyyətinə verilən 0.13 ha həyatyanı torpaq sahəsi faktiki olaraq 0.1327 ha təşkil edir və Cavabdeh tərəfindən zəpt edilməsi faktı aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(048)-106/2022 saylı qərardadına əsasən təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspetizasının 10 yanvar 2023-cü il tarixli 10/7040 saylı ekspert rəyindən görünür ki, elektron kadastrı uçotu məlumat bazasına əsasən İddiaçı Lerik rayonu, Çayrud kəndində yerləşən JN-124 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.13 ha həyatyanı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki Quliyeva X1 rayon Hirkan qəsəbəsində pasport qeydiyyatındadır. İş materiallarıan əlavə edilmiş Lerik rayon Qarar İslahat komisiyasının 21 iyul 1997-ci il tarixli 32 saylı qərarına əsasən İddiaçı 0.013 ha həyatyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir.Həmin torpaq sahəsinə JN 124F, kod 80322018 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktı təqdim olunmuşdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi ona məxsus olan torpaq sahəsinə gedən yolun cavabdehlər Cavabdeh və X2 tərəfindən zəbt olunmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılıqlarının pozulması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Lerik rayon Çayrud kənd sakini Cavabdeh Nüsrət oğlu tərəfindən ona məxsus Lerik rayon Çayrud kəndində yerləşən torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh Lerik rayon Çayrud kənd sakini Cavabdeh Nüsrət oğlu tərəfindən ona məxsus Lerik rayon Çayrud kəndində yerləşən torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Əlavə olaraq İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar