Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-120/2024 29.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı iştirakları ilə, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpağın asudələşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonu İcra Hakimiyyəti Başçısının 25 iyul 2000-ci il tarixli 66 saylı qərarına əsasən JN 0001 saylı, 80302078 KOD nömrəli Dövlət Aktı ilə Lerik rayon Perzəküçə kəndində yerləşən ailə üzvlərinin mülkiyyətinə verilən pay torpaq sahəsinin 1 A, sahəsi 6000 kv metr hissəsini cavabdeh Lerik rayon Perzəküçə kəndinin qeydiyyatda olan Cavabdeh zəbtindən azad edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1960-cı il tarixdə Lerik rayonu Perzəküçə kəndində anadan olmaqla Lerik rayon Perzəküçə kəndində qeydiyyatdadır. Lerik rayonu İcra Hakimiyyəti Başçısının 25 iyul 2000-ci il tarixli 66 saylı qərarı ilə onun ailə üzvlərinə 1.32 hektar kənd təsərrüfatı məhsulları istahsalı üçün torpaq sahəsi averilmişdir. Sözügedən torpaq sahəsi 2 hissədən yəni 1 A, sahəsi 6000 kv metr və 7200 kv metr təşkir edir. Həmin torpaq sahəsinin 1 A, sahəsi 6000 kv metr hissəsini cavabdeh, həmkəndlisi Cavabdeh zəbt etmişdir. Torpağın zəbtdən azad olunmasını ona dəfələrlə desə də, o torpağı zəbtdən azad etməmişdir. Ona və ailə üzvlərinə verilmiş torpaq sahəsini cavabdeh öz şəxsi məqsədləri üçün istifadə edir.Odur ki, torpaq sahəsi üzərində hüquqlarının müdafiə edilmsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, ona məxsus olan pay torpaq sahəsin sərhədlərində İddiaçı torpaq sahəsi vardır. Həmi ərazidə Cavabdeh məxsus torpaq sahəsi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Rövşən Ağadadaş oğlu ilə eyni məxmunlu izahat verdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN: 00001 Kod 80302078 saylı Dövlət Aktından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli 66 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinə 1.32 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(048)-562/2021 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elməddin Aslanlı tərəffindən verilmiş 20 sentyabr 2022-ci il tarixli 10/4013 saylı ekspert rəyindən görünür ki, 10 saylı Lənkaran Ərazi idarəsinin mütəxəssis rəyinə əsasən 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçının mülkiyyətinə verilmiş məhkəmə predmeti olan 0.60 ha torpaq sahəsinin "Dövlət Aktı"nda əks olunmuş həndəsi ölçüləri, sərhədləri və konfiqurasiyası ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin həndəsi ölçülərinin, sərhədlərinin və konfiqurasiyasının uyğun gəlməməsi, xüsusilə də iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ölçüdən 0.20 ha artıq torpaq sahəsindən istifadə etməsi və s. səbəblərdən, İddiaçı "zəbt olunmuş pay torpaq sahəsindən çıxarılma" iddia tələbinə uyğun olaraq mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq və yaxud da iddiaçıya məxsus torpaq sahəsinin konkret olaraq nə qədər hissəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmadı. Eyni zamanda qeyd olunur ki, islahat zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na əsasən Lerik rayonunun Pirzəkücə kəndi ərazisində aparılmış elektron uçot işləri nəticəsində İddiaçı və ailə üzvlərinin İstifadələrində olan islahat zamanı verilmiş pay torpaq ölçüsünə (normasına) uyğun sözügedən mübahisəli yerdə 0.60 ha torpaq sahəsi tərtib edilmiş yeni rəqəmsal kadastr xəritəsində öz əksini tapmışdır və həmin 0.60 ha torpaq sahəsinin faktiki olaraq bütövlüklə İddiaçı və ailə üzüvlərinin istifadələrində olması müəyyən olundu. İş materiallarına əlavə edilmiş Lerik rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(048)-69/2022 saylı qərardadına əsasən təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Təhmasib Kərimov tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8795 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2656/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik Rayon İcra Hakimiyyəti Başçısının 25 iyul 2000-ci il tarixli, 66 saylı qərarı ilə JN-0001 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonunun Pirzəkücə kəndi ərazisində yerləşən 0,60 ha (JN-001A) kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 0******* saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 10.40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 19370 saylı qəbzdən görünür ki, İddiaçı DƏDRX-nin Lənkaran ərazi idarəsinə 315 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7403 saylı qəbzdən görünür ki, İddiaçı DƏDRX-nin Lənkaran ərazi idarəsinə 95 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli 66 saylı qərarı ilə JN: 0001 Kod 80302078 olan torpağ sahəsi İddiaçıların mülkiyyətinə verilmişdir. İddiaçıların və ailə üzüvlərinin mülkiyyətinə verilmiş 1.32 ha torpaq sahəsinin 0.60 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçılar torpaq sahəsinin zəbtdən azad edilməsi üçün çoxlu səylər göstərsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlər də cavabdehin iddiaçıya məxsus torpağ sahəsinin zəpt olunduğunu öz izahatları ilə təsdiq etdilər. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli 66 saylı qərarı ilə JN-0001 KOD 80302078 sayla İddiaçı və ailə üzüvlərinə verilmiş 0.60 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılaraq Cavabdeh torpaq sahəsindən çıxarılmalı və həmin torpağ sahəsi mülkiyyətçisinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 410 (dörd yüz on) manat pul cəmi ümumilikdə 420 (dörd yüz iyirmi) manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Əlavə olaraq Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Lerik rayon Aqrar İslahat Komissiyasının 25 iyul 2000-ci il tarixli 66 saylı qərarı ilə JN-0001 KOD 80302078 sayla İddiaçı və ailə üzüvlərinə verilmiş 0.60 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılaraq Cavabdeh torpaq sahəsindən çıxarılmalı və həmin torpağ sahəsi mülkiyyətçisinə qaytarılsın. İddiaçılar tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 410 (dörd yüz on) manat pul cəmi ümumilikdə 420 (dörd yüz iyirmi) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 29 yanvar 2024-cü il 2 (048)-120/2024 İddiaçı (Lerik rayonu, Perzəküçə kəndi) Surəti: Cavabdeh (Lerik rayonu, Perzəküçə kəndi) Lerik Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(048)-120/2024 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 06 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-120/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-120/2024
29.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver