Məhkəmə qərarları › İş №2(048)-122/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-122/2023

04.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-122/2023 04.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı qanunsuz zəpt olunmuş torpaqının zəptdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh2 tərəfindən ona məxsus Lerik rayon Piran kəndində yerləşən ona və ailə üzüvlərinə məxsus olan 0.13 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsindən çıxarılmaları və həmin tprpaq sahəsində Cavabdeh2 tərəfindən zəpt etdiyi torpaq sahəsində inşa etdiyi qanunsuz tikililərin onun hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci il tarixdə Lerik rayonu, Piran kəndində anadan olmuşdur.Hazırda ailə üzüvləri ilə birlikdə həmin kənddə yaşayır.Lənkaran rayon X1 25 iyul 2000-ci il tarixli 66 saylı qərarı ilə ona və ailə üzüvlərinə Lerik rayon Piran kəndində 0.13 ha kənd təsərrüfatı məhsulların istehsalı üçün torpaq sahəsi ayrılaraq mülkiyyətinə verilmişdir.Həmin torpaq sahəsi onların mülkiyyətinə verilsə də, cavabdehlər X2 və Cavabdeh2 onlara məxsus torpaq sahəsindən istifadə etməyə imkan verməmişlər.Belə ki,cavabdehlər X2 və Cavabdeh2 ona və ailə üzüvlərinə məxsus torpaq sahəsini qanunsuz zəbt edərək öz torpaqı kimi istifadə edirlər.Həmin torpaq sahəsindən hər il bəhrə götürürlər.O, dəfələrlə onlardan tələb etmişik ki,zəbt etdikləri torpaq sahəsini zəbtdən azad etsinlər.Lakin cavabdehlər zəbt etdikləri torpaq sahəsini zəbtdən azad etməkdən imtina edirlər.Həmin torpaq sahəsinə dair çıxarış almaqdan ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə müraciət etmişlər. Orada onun və bütün ailə üzvlərinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verməkdən imtina etmişlər və bildirmişlər ki, sizin torpaq sahəniz zəbt edilmişdir. Bununla da həmin torpaq sahəsi onun və ailə üzüvlərinin mülkiyyətində olsa da, o və ailə üzüvləri torpaq sahəsindən istifadə edə bilmir.Çünki, həmin torpaq sahəsi cavabdehlər X2 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdehlər X2 və Cavabdeh2 həmin torpaq sahəsini zəbt edərək onu və ailə üzüvlərini həmin torpaq sahəsinin həndəvərinə belə buraxmır.Cavabdehler imkan vermir ki, özümüzə məxsus torpaq sahəsindən istifadə etməyə qoymur.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılamsını xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının söylədikləri yalandır o, iddiaçıya məxsus torpaq sahəsini zəpt etməmişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş məhkəməyə ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan baxılıb iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(048)-464/2021 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspetizasının 17 mart 2023-cü il tarixli 10/8371 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsxi 10 saylı Lənkaran ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-200/2023 saylı mütəxəssi rəyinə əsasən, torpaqların elektron kadastrı uçotu məlumat bazasında iddiaçı X3 və ailə üzüvlərinin JN-0001 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ilə mülkiyyətlərində olan 0.08 ha ( ilkin hüquqmüəyyənedici sənəddə 0.13 ha) torpaq sahəsinin cavabdehlər X2 və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş kapital Bank Asc tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, X3 məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarıan əlavə edilmiş Lerik rayon Aqarar İslahat komisiyasının 25 iyul 2000-ci il tarixli 66 saylı qərarına əsasən İddiaçı 0.13 ha kənd təsərrüfatı məhsulların istehsalı üçün torpaq sahəsi mülkiyyətinə verilmişdir.Həmin torpaq sahəsinə JN 0001, kod 80318088 saylı torpağa Mülkiyyət hüququna dair Dövlət aktı təqdim olunmuşdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi ona məxsus olan torpaq sahəsinə gedən yolun cavabdehlərlər X2 və Cavabdeh2 və X6 tərəfindən zəbt olunmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehlərlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılıqlarının pozulması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Lerik rayon Piran kəndində yerləşən ona və ailə üzüvlərinə verilmiş 0.13 ha torpaq sahəsindən cavabdehlər X2 və Cavabdeh2 çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi Cavabdeh2 tərəfindən həmin torpaq sahəsində inşa etdiyi qanunsuz tikililərin onun hesabına sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Lerik rayon Piran kəndində yerləşən ona və ailə üzüvlərinə verilmiş 0.13 ha torpaq sahəsindən cavabdehlər X2 və Cavabdeh2 çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi Cavabdeh2 tərəfindən həmin torpaq sahəsində inşa etdiyi qanunsuz tikililərin onun hesabına sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Əlavə olaraq İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar