Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-124/2023 19.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın zəbtdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq zəpt etdikləri Lerik rayonu,Piran kəndində yerləşən ona və ailə üzvlərinə məxsus olan 0.31 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Lerik rayonu, Bradi kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə qeyd olunan kənddə yaşayırlar. Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 66 saylı qərarına əsasən ona və ailə üzvlərinin mülkiyyətinə Lerik rayonu, Piran kəndində 0.31 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Onların mülkiyyətinə verilmiş torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərıfindən qanunsuz olaraq zəpt edilmiş və öz torpaqları kimi istifadə edilir.Dəfələrlə cavabdehlərə deyilməsinə baxmayaraq cavabdehlər torpağı zəptdən azad edilməsindən imtina etmişlər. Onlar həmin torpaq sahəsinə çıxarış almaqdan ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə müraciət etmiş və müraciyətləri cavabsız qalmış, onlara məxsus torpaq zəpt edildiyindən və mübahisəli olduğu üçün çıxarış verməkdən imtina edilmişdir.Ailə üzvlərinə məxsus torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2 ildir ki, öz torpaları kimi istifadə etmişlər. Cavabdehlər qanunsuz zəpt olunmuş torpaq sahəsindən istifadəyə və hər hansı bir hərəkətin aparılmasına onlara imkan verməmişdir. Mülkiyyətində olan torpağın zəbti və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada dəfələrlə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Digər tərəfdəndə işdə iştirak edən cavabdehlər işin baxılmamış saxlanmasını istəmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədiyini,bildirərəkbildirmişdir ki, o, iddiaçının torpağ sahəsini zəpt etməmişdir. İddiaçının ona qarşı iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh2 Cavabdeh1 ilə eyni məzumnlu izahat verdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehlərin ona məxsus olan torpaq sahəsinin zəbt edilməsini sübut etməlidir.Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elməddin Aslanlı tərəfindən verilmiş 15 aprel 2023-ci il tarixli 2214 saylı ekspert rəyinə əsasən İddiaçı kənd təsərrüfatə təyinatı üçün verilmiş torpaq sahəsinin döngə nöqtələrinin kordinatları olmadığından mülkiyətçisinə aid olan torpaq sahəsini təyin etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli vəsatətdən görünür ki, X1 məhkəməyə müraciət edərək məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsini 17 avqust 2021-ci il tarixli 2(048)-465/2021 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/8365 saylı ekspertiza rəyindən görünür ki, torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən İddiaçı və ailə üzüvlərinin JN-0002 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə mülkiyyətində olan 0.16 ha (ilkin hüququmüəyyənedici sənəddə 0.31 ha) torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmaması müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Lerik rayonu, Piran kəndində yerləşən ona və ailə üzvlərinə məxsus olan 0.31 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Əlavə olaraq İddiaçı ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Lerik rayonu,Piran kəndində yerləşən ona və ailə üzvlərinə məxsus olan 0.31 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları özünə aid edilsin. Əlavə olaraq İddiaçı ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-124/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-124/2023
19.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver