Məhkəmə qərarları › İş №2(048)-128/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-128/2024

09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-128/2024 09.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ X28 Qələbəy oğlunun sədrliyi, Mirzəyüv Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlışəxs Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Lerik rayon Dövlət Notariat Ofisinə qarşə mirasın qəbul edilməsi və əmlakdan qanun üzrə vərəsə paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum valideynləri X23 ve X3 miras qalmış Lerik şəhər H.Aslanov Ev 8 mənzi 11 ünvanında RX ******* saylı çıxarışla ailə üzüvlərinin mülkiyətimizə verilmiş 3 otaqlı fərdi yaşayış evini miras Əmlak kimi onun tərəfindən faktiki olaraq qəbul edilməsi və həmin əmlakdan ona düşən payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, valideynləri el adəti ilə evlənmiş, faktiki nikahlarından qardaşı 1952-ci il təvəlüdlü X5, bacısı 1955-ci il təvəlüdlü X15, qardaşı 1958-ci il təvəlüdlü X19, qardaşı 1966-ci il təvəllüdlü X26 özü 1955-ci il təvəllüdlü Ərizəçi, qardaşı 1964-cı il təvəllüdlü X8 və qardaşı 1968-ci il təvəllüdlü X9 adlı 7 övladları dünyaya gəlmişdir. 2005-ci ildə anası X10, 2022-ci ildə atası X23 vəfat etmişlər. Valideynəri vəfat edəndən sonra bütün miras əmlakı qəbul edərək, təsərrüfatı o, idarə etmişdir.Belə ki, mərhum atası X16 məxsus ünvan 2 ünvanında RX ******* saylı çıxarışla 3 otaqlı fərdi yaşayış evi onun ailəsinin mülkiyyətinə verilmişdir. Valideynləri vəfat edənə qədər elektrik və qaz enerjisi pulunu özləri ödəmiş, onlar vəfat edəndən sonra hazırkı vaxta qədər Lerik şəhər H.Aslanov Ev 8 manzi 11 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamaqla elektrik, su və qaz komunal pullarını o, ödəmişdir.Buna görə də o, bacı və qardaşları mərhum valideynlərinin birinci növbədə olan vərəsələridirlər. O, mərmhuların qanun üzrə vərəsəsi kimi miras əmlakı qəbul edərək mübahisəsiz qaydada idare edir.Miras əmlakın bölgüsü ilə əlaqədar bacı və qardaşları ilə onun arasında heç bir mübahisə yoxdur.O, bununla əlaqədar Notariat kontoruna müraciət etmiş, lakin müddət keçdiyindən notarus vərəsəliyi aça bilmədiyini və bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.O, bütün miras əmlakı faktiki olaraq qəbul edib. Lakin bu barədə müvafiq hüquqi sənədləri əldə edə bilməmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçiının Ərizəçi məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X4 Ərizəçi mirasın qəbul edilməsi və miras əmlakından payın müəyyən edilməsi barədə olan ərizəsini qəbul etdiyini və etirazı olmadığını bildirdi. Məhkəmə Ərizəçini və maraqlı şəxsin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Lerik rayon Polis Şöbəsi tərəfindən verilmiş AA 068886 saylı şəxsiyyət vəsiqsinin sürətindən görünür ki, Ərizəçi Lerik rayonu Lerik rayonu Əvilə kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Livədirqə kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Nədış qızının ailə üzüvləri, X24 1929, atası 2022-cı ildə vəfat etmışdır. X11 1932 anası 2005-cı ildə vəfat etmışdır. X6 1952, qardaşı, X20 1958, qardaşı, X15 1961 bacısı,X12, 1964 qardaşı, X27 1966, qardaşı,X13 1968 qardaşı olmqla 6 nəfərdən ibarət ailə üzüvləri vardır. İş materiallarına əlavə edilmiş ölüm haqqında çıxarışın surətindən görünür ki, X24 27 fevral 2022-ci ildə Essensial hipertonziya səbəbindən Lerik rayonu Əvilə kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında çıxarışın surətindən görünür ki, X17 12 iyun 2005-ci ildə Hipertonziya səbəbindən Lerik rayonunda vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı Çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 66.7 kv.m olan fərdi yaşayış evi X24 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçinin valideyinləri el adəti ilə ailə həyatı quraraq evlənmişlər.Faktiki nikahlarından X6, X20, Ərizəçi Nədış qızı, X12, X27, X13 və X15 adlı 6 uşaqları doğulmuşdur.Miras qoyan X24 vəfat etdikdən sonra miras əmlakı olan evi faktiki olaraq ərizəçi qəbul etmiş orada ailə üzüvləri ilə birlikdə yaşayaraq miras əmlakı olan evin su, qaz və işiq pulunu ərizəçi ödəmişdir.Ərizəçi miras əmlakın bölgüsü ilə əlaqədar bacı və qardaşları ilə arasında heç bir mübahisə yoxdur.Ərizəçi vərəsəliyin açılması ilə əlaqədar Notariat kontoruna müraciət etsə də lakin müddət keçdiyindən notarus vərəsəliyi aça bilmədiyini mildirərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Bu səbəbdəndə ərizəçi mərhum atasından miras qalmış yaşayış evindən pay tələbi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinin tələbinə görə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, miras əmlakdan Ərizəçi payı müəyyən edilməli, digər vərəsələrin apyı açıq buraxılmalıdr. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə qismən təmin edilməklə X7 miras qalmış ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 66.7 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi X21 mülkiyətiundə saxlanmaqla, qalan ½ hissəsində mərhumun qızı Ərizəçi 1/8 hissədə payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X7 miras qalmış ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 66.7 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi X21 mülkiyətiundə saxlanmaqla, qalan ½ hissəsində mərhumun qızı Ərizəçi 1/8 hissədə payı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxs dövlət natarusunun vəzifələrin icra edən X2 oğluna tapşırılsın . Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atəbəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 09 yanvar 2024-ci il № 2 (048)-128/2024 Ərizəçi Lerik rayonu Əvilə kəndi. Sürəti: Maraqlı şəxs Lerik şəhəri. Lerik Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(048)-128/2024 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 04 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar