Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-129/2024 09.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı zəpt olunmuş pay torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonu Blaband kənd sakini Cavabdeh ona məxsus Lerik rayon Mondigah kəndində yerləşən cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin RX 11499551 nömrəli çıxarışa əsasən ona və ailə üzvlərinə məxsus xususi mülkiyyətində olan, Lerik rayon Mondigah kəndinin ərazisində 1.29 ha kənd təsərüfatlı torpaq sahəsi vardır. Cavabdeh həmən torpaq sahəsini qanunsuz olaraq zəpt etmiş özü üçün istifadə edir. Bununla bağlı cavabdehə ona məxsus torpaq sahəsini, böşaldmasını həmən torpaq sahəsinin ona məxsus olmasını bildirsə də cavabdeh buna məhəl qoymamış, torpağın ona məxsus olmasını bildirmiş, həmin torpağda hər hansı bir hərəkətin aparmağı ona imkan verməmişdir.Məcbur qalıb Polisə şikayyət etsə də Lerik RPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis mayoru Ruslan Əsədullayevin 17 sentyabr 2022-ci il tarixli qərarı ilə cinayyət işinin başlanması rədd olunması ilə bağlı qərar qəbul edilmiş, ona rayon məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdurş. Odur ki, torpaq sahəsi üzərində hüquqlarının müdafiə edilmsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX, ******* №li çıxarışın surətindən görünür ki, Lerik rayon Mondigah kəndində yerləşən 1.29 ha kənd təsərrüfatlı təyinatlı torpa sahəsi mülkiyyət hüququ üzrə X3 məxsusdur. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(048)-63/2023 saylı qərardadına əsasın iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli 10/8545 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2644/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012 tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ilə iddiaçı X5ü və ailə üzvlərinin mülkiyyətində olan Lerik rayonu, Monidigah kəndi ərazisində yerləşən 1,24 ha (faktiki 1,1681 ha) torpaq sahəsinin 0,65 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 16408 saylı qəbdən görünür ki, iddiaçı X4 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı X4 97 manat ekspertiza xərci ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, DƏDRXnin RX 11499551 nömrəli çıxarışa əsasən iddiaçı və ailə üzvlərinə məxsus xususi mülkiyyətində olan, Lerik rayon Mondigah kəndinin ərazisində 1.29 ha kənd təsərüfatlı torpaq sahəsi vardır. Cavabdeh həmən torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəpt etmişdir.İddiaçı dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsinin zəptdən azad olunmasını bildirsədə cavabdeh buna məhəl qoymamışdır. Məhkəmə işə əlavə olunmuş ekspertiza rəyini nəzərdən keçirərək beləqənaətə gəlir ki iddiaçıya və ailə üzüvlərinə məxsus mübahisə predmeti olan 1.29 ha torpa sahəsinin 0.65 ha hissəsi həqiqətəndən Cavabdeh tərəfindən zəpt olunmuşdur. Beləliklə iddiaçı və ailə üzüvlərinə məxsus olan 1.29 ha torpaq sahəsinin 0.65 ha hissəsindən cavabehdən çıxarılaraq həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində iddiaçı X1 mülkiyyətə verilmiş 1.29 ha torpaq sahəsinin 0.65 ha hissəsinin Cavabdeh tərəfindən tutulduğu müəyyən olunmuşdur. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX, ******* №li çıxarışla Lerik rayon Mondigah kəndində yerləşən 1.29 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.65 ha hissəsindən Cavabdeh çıxarılaraq həmin torpaq sahəsi mülkiyyətçisi olan iddiaçı X2 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X4 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu,Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 97 (doxsan yeddi) manat və ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX, ******* №li çıxarışla Lerik rayon Mondigah kəndində yerləşən 1.29 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.65 ha hissəsindən Cavabdeh çıxarılaraq həmin torpaq sahəsi mülkiyyətçisi olan iddiaçı X2 qaytarılsın. İddiaçı X4 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 97 (doxsan yeddi) manat pul Cavabdeh tutularaq iddiaçı X2 verilsin. Əlavə olaraq cavabdehlər Cavabdeh oğlundan aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 09 yanvar 2024-cü il 2 (048)-121/2024 X2 (Lerik rayonu, Şinəband kəndi) Surəti: Cavabdeh (Lerik rayonu, Şinəband kəndi) Lerik Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(048)-121/2024 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 05 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-129/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-129/2024
09.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver