Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-131/2024 24.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus həyatyanı torpağ sahəsinə gedən avtomobil yolunun açılması və 0.12 ha torpağ sahəsinin Cavabdeh zəptindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1967-cı il dekabr ayının 7-də Lerik rayonunun Livədirqə kəndində anadan olmuş və hal-hazırda həmin kəntdə yaşayır.1996-cı ildə Lerik rayonunun Livədirqə kəndində torpaq islahatı aparılmış, torpaq islahatı aparılan zaman ona və ailə üzvlərinə JN:-0072 80309018 saylı dövlət aktı ilə torpaq sahəsi ayrılmışdır. Eyni zamanda onun həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu ayrılmışdır. Lakin həmkəndlisi Cavabdeh uzun müddətdir ki, ona məxsus həyətyanı torpaq sahəsin, yəni evinə gedən avtomobil yolunu bağlayıb və evinə gediş-gəlişi məhdudlaşdırıb. Bununla kifayətlənməyib ona və ailə üzvlərinə məxsus torpaq sahəndən 0.12 ha hissəsini zəpt etmişdir. O, bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh bu əməllərindən əl çəkməmişdir. Mülkiyyətində olan torpağın zəbti və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək iddianın təmin oulnması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh мящкямя иъласынын вахты вя йери барядя лазыми гайдада хябярдар едился дя, о, мящкямя иъласына эялмямиш вя эялмямяsинин сябябляри барядя мялумат вермямишdir. Беля олан щалда мящкямя Азярбайъан Республикасы МПМ-нин 185.5-ъи маддясиня ясасян ишя оnun иштиракы олмадан бахылмасыны мцмкцн щесаб етмишдир. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehin ona məxsus olan torpaq sahəsinin zəbt edilməsini sübut etməlidir.Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elməddin Aslanlı tərəfindən verilmiş 15 aprel 2023-ci il tarixli 2214 saylı ekspert rəyinə əsasən İddiaçı kənd təsərrüfatə təyinatı üçün verilmiş torpaq sahəsinin döngə nöqtələrinin kordinatları olmadığından mülkiyətçisinə aid olan torpaq sahəsini təyin etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsini 31 yanvar 2023-cü il tarixli 2(048)-29/2023 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli 10/9133 saylı ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 30 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2-3719/2023 N№-li mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvləri tərəfindən Lerik rayonu, Livədirqə kəndində həyətyanı torpaq sahəsi kimi iddia olunan 0,30ha ölçüdən ibarət torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilməmiş və mövcud baza məlumatlanna əsasən araşdırma zamanı həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməsi müəyyən edilmişdir. Araşdırma zamanı İddiaçı və ailə üzvləri tərəfindən Lerik rayonu, Livədirqə kəndində həyətyanı torpaq sahəsi kimi iddia olunan 0,30ha ölçüdən ibarət torpaq sahəsinə faktiki vəziyyətdə avtomobil yolunun mövcud olmaması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini müəyyən etmək mümkün olmadığından gediş-gəliş yolunun haradan nəzərdə tutulduğunu da müəyyənləşdirmək mümkün olmamışdır.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 30 dekabr 2023-cü il tarixli, 3-21-3-43/2- 3719/2023 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı və ailə üzvləri tərəfindən Lerik rayonu, Livədirqə kəndində istifadələrində olan həyətyanı torpaq sahəsinə gedən avtomobil yolu kimi iddia olunan yerdə mövcud baza mallumatlarında yol olması müəyyən edilməmiş və həmin ərazinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Araşdırma zamanı İddiaçı tərəfindən yol kimi iddia edilən torpaq sahəsinin cavabdeh X1 faktiki istifadəsində və həmin torpaq sahəsi üzərində cavabdeha maxsus töötin mövcud olmasıı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı məxsus həyatyanı torpağ sahəsinə gedən avtomobil yolunun açılması və 0.12 ha torpağ sahəsinin Cavabdeh zəptindən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Əlavə olaraq İddiaçı ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı məxsus həyatyanı torpağ sahəsinə gedən avtomobil yolunun açılması və 0.12 ha torpağ sahəsinin Cavabdeh zəptindən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları özünə aid edilsin. Əlavə olaraq İddiaçı ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-131/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-131/2024
24.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver