Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-133/2024 30.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş pay torpağ sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayon Cəngəmiran kənd sakini Cavabdeh ona məxsus Lerik rayon Xəlfəkücə kəndində yerləşən cavabdeh tərəfindən zəpt olunmuş pay torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 məxsus 0.19 ha pay torpaq sahələri vardır. Həmən torpaq sahəsinin JN-0301 KOD 80302058 şəhadətnaməsi mövcuddur.Pay torpaq sahəsi Lerik rayon Notariat Ofisinin 19 mart 2014-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ona çatmışdır.Cavabdeh həmən torpaq sahəsini qanunsuz olaraq zəpt etmiş ozü üçün istifadə edir. Bununla bağlı Cavabdeh, ona məxsus pay torpaq sahəsini, böşaldmasını həmən torpaq sahəsinin ona məxsus olmasını bildirsə də cavabdeh buna məhəl qoymamış, torpağın ona məxsus olmasını bildirmiş, həmin torpağda hər hansı bir hərəkətin aparmağı ona imkan verməmişdir.Odur ki, torpaq sahəsi üzərində hüquqlarının müdafiə edilmsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək bildirdi ki, həqiqətən o, İddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsini istifadə etmişdir.Hal hazırda isə həmin torpağ sahəsini asudələşdirmişdir.Göstərilənlənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN: 0301 Kod 80302058 saylı Dövlət Aktından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2001-ci il tarixli 73 saylı qərarına əsasən X3 və ailə üzvlərinə 0.19 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Notariat Ofisi tərəfindən verilmiş, 19 mart 2014ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, mərhum X1 vərəsəsi nəvəsi İddiaçıdır X5 komisyası tərəfindən 26 aprel 2001-ci il tarixli JN: 0301 Kod 80302058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş, 0.19 ha pay torpağ sahəsi İddiaçı miras qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Təhmasib Kərimov tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8794 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2842/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı İddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi kimi təsvir olunması və həmin torpaq sahəsinin Xəlifəkücə kəndinin ərazisində deyil, Cəngəmiran kəndinin ərazisinə aid olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 19279 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 17872 saylı qəbzdən görünür ki, İddiaçı DƏDRX-nin Lənkaran ərazi idarəsinə smetada nəzərdə tutulmuş 95 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2001-ci il tarixli 73 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN: 0301 Kod 80302058 saylı Dövlət Aktından əsasən X3 və ailə üzvlərinə 0.19 ha pay torpaq sahəsi verilmiş, həmən torpaq sahəsi, Lerik rayon Notariat Ofisi tərəfindən verilmiş, 19 mart 2014-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mərhum X1 vərəsəsi nəvəsi İddiaçı miras qalmışdır İddiaçı və ailə üzüvlərinin mülkiyyətinə verilmiş 0.19 ha pay torpaq sahəsi tam olaraq Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı torpaq sahəsinin zəbtdən azad edilməsi üçün çoxlu səylər göstərsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçılar hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində Lerik rayon Aqrar İslahat Komissiyasının Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından əsaəsn, JN:0301 Kod 80302058 saylı 26 aprel 2001-ci il tarixli 73 saylı qərarına əsasən X3 və ailə üzvlərinə verilmiş,Lerik rayon Notariat Ofisi tərəfindən, 19 mart 2014-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə, əsasən İddiaçı miras qalmış, 0.19 ha torpaq sahəsinin tam olaraq Cavabdeh tərəfindən tutulduğu müəyyən olunmuşdur. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməklə, Lerik rayon Aqrar İslahat Komissiyasının Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından əsaəsn, JN:0301 Kod 80302058 saylı 26 aprel 2001-ci il tarixli 73 saylı qərarına əsasən X3 və ailə üzvlərinə verilmiş, Lerik rayon Notariat Ofisi tərəfindən,19 mart 2014-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə, əsasən İddiaçı miras qalmış, 0.19 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılmalı, Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı və həmin torpağ sahəsi mülkiyyətçisinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat pul cəmi 195 (yüz doxsan beş) manat Cavabdeh alınaraq İddiaçı verilməli, əlavə olaraq Cavabdeh ekspertiza tədqiqatının dəyəri 50 manat pul tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Lerik rayon Aqrar İslahat Komissiyasının Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına, JN:0301 Kod 80302058 saylı 26 aprel 2001-ci il tarixli 73 saylı qərarına əsasən X3 və ailə üzvlərinə verilmiş, Lerik rayon Notariat Ofisi tərəfindən,19 mart 2014-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə, əsasən İddiaçı miras qalmış, 0.19 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılaraq Cavabdeh torpaq sahəsindən çıxarılsın və həmin torpağ sahəsi iddiaçının mülkiyyətinə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat pul cəmi 195 (yüz doxsan beş) manat dövlət rusumu Cavabdeh alınaraq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh ekspertiza tədqiqatının dəyəri 50 manat pul tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-133/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-133/2024
30.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver